Prezidentin təşəbbüsünün icrasında YAP yenə də ön sıradadır
19.02.2021 [09:32]
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi də qiymətləndirilir. Elə bunun nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına hərtərəfli qayğı dünyada nümunə kimi göstərilir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq Fərman və sərəncamlar imzalanıb. Hazırkı dövrə kimi dövlət şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Prezidentin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlər həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu istiqamətdə bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr də edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqını ödəməkdən azad olunublar. Aktiv məşğulluq proqramlarının icrasında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra hallarda güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da şəhid ailələri və Qarabağ qaziləri ilə bağlı mühüm sosial layihələr həyata keçirir. Fond daim şəhid ailələrinin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, onların sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verir.
Heydər Əliyev Fondu tərəfindən Qarabağ qazilərinin müalicəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə qazilərimizin yüksək səviyyədə müalicəsinin aparılması, zərurət yarandıqda Türkiyəyə müalicəyə göndərilməsi təmin edilir və nəzarətdə saxlanılır. Fondun bu cür nəcib əməlləri cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.
Dövlətin şəhid ailələrinə və qazilərimizə qayğısının daha bir nümunəsi isə “YAŞAT” Fondunun yaradılması oldu. Prezident İlham Əliyevin Fərmanı ilə fondun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirdi. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirakı zamanı əlilliyi müəyyən olunmuş dövlət qurumlarının üzvlərinə və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.
Bütövlükdə, fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.
Prezidentin müvafiq tapşırığına əsasən, şəhid ailələrinin və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbələr də yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da hər zaman şəhid ailələrinin və qazilərinin sosial problemlərinin həllinə həssaslıqla yanaşır. Bu istiqamətdə YAP müxtəlif layihələri həyata keçirməkdədir. Vətən müharibəsi başlanan vaxtdan isə partiya tərəfindən “Şəhid ailələrinə qayğı” aksiyasına start verilib. Aksiya hazırda da davam etməkdədir.
“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP-ın İcra Katibliyi və onun rayon (şəhər) təşkilatlarının nümayəndələri mütəmadi şəkildə şəhid ailələrini ziyarət edir, qayğıları ilə maraqlanır və onlara maddi dəstək göstərirlər. Layihə çərçivəsində bu günə qədər 1000-dən artıq şəhid ailəsi ziyarət olunub.
Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğusu ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcək.
Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların doğmalarının, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimiz üçün önəmlidir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunəni isə Azərbaycan Prezidenti ortaya qoyub. Prezident xoşməramlı, humanist missiyası ilə hər kəsə şəhid ailələrinə, qazilərimizə münasibətin necə yüksək olmasını göstərir. Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha şahid olurlar ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonra da belə olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

