Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

23.02.2021 [09:09]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının İdarə Heyətinin onlayn formatda iclası keçirilib. İclasda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev təşkilatın fəaliyyəti və cari ildə nəzərdə tutulmuş işlərlə bağlı məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə hər bir vətəndaşımızı qürurlandırır.
Qeyd edilib ki, YAP Gədəbəy rayon təşkilatının üzvləri bu qələbədə payı olan şəhidlərimizin ailələrini, o cümlədən qazilərimizi mütəmadi olaraq ziyarət edir, onların problemləri ilə yaxından maraqlanırlar.
Yığıncaqda bu tədbirlərin davam etdirilməsi və 26 Fevral - Xocalı soyqırımı gününün qeyd olunması barədə müzakirələr aparılıb.
Tədbirdə YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov, YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvləri Məlahət Əliyeva, Namiq Rüstəmov, Sahib Quliyev və başqaları çıxış ediblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31