/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26.02.2021 [09:03]
Fevralın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirilib.
Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin xatirəsi yad edilib, bununla əlaqədar gənclər öz profil şəkillərinə Xocalı faciəsinin loqotipi olan gül şəkli yerləşdiriblər.
Tədbiri açan Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur: “Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir. Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Dövlətimiz tərəfindən bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Xüsusilə Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər”.
Çıxış edən YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Sadalanan faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları, bəşəri dəyərləri tapdalayaraq, Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyil. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bu gün bütün şəhidlərimizin ruhu rahatdır.
Milli Məclisin deputatı Elman Məmmədov çıxışında o dövrdə baş verən proseslərdən danışıb. E.Məmmədov qeyd edib ki, Xocalı qətliamının törədilməsində Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da əsas rol oynayıblar. Biz bütün cinayətkarların cəzalandırılması istiqamətində işlərimizi davam etdirməliyik.
“Xocalı soyqırımına məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda baş verənlər qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Eləcə də Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar”, - deyə E.Məmmədov vurğulayıb.
Tədbirdə, həmçinin Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı sakini Həsən Ələkbərov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Heydərov, YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə və YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Məmişzadə çıxış edərək ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi dəyərləndiriblər.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində günahsız insanların, bütün şəhidlərin qisası alındı.
Bildirilib ki, Xocalı qətliamını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu qətliamı törədənlər gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

