Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatı “Şəhid qardaşıma məktub” layihəsinə start verib

YAP Nəsimi rayon təşkilatı “Şəhid qardaşıma məktub” layihəsinə start verib

15.04.2021 [08:51]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı yeni layihəyə start verib. Bu il Azərbaycan xalqı ilk dəfə olaraq 27 sentyabr tarixini Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş şəhidlərin Anım Günü kimi qeyd edəcək. Bu məqsədlə YAP Nəsimi rayon təşkilatı qarşıdakı müddət ərzində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Bu tədbirlərdən biri də Nəsimi rayon ərazisində yerləşən universitetlərdə təhsil alan gənclər arasında “Şəhid qardaşıma məktub” inşa yazı müsabiqəsidir. Mövcud koronavirus pandemiyasını nəzərə alaraq, müsabiqə onlayn formatda keçiriləcək. Müsabiqənin keçirilmə qaydaları YAP Nəsimi rayon təşkilatının facebook səhifəsində verilib.
Aprelin 14-də layihə çərçivəsində müsabiqənin təşkili məqsədilə təşkilat komitəsi, şəhid ailələrinin üzvləri və qazilərin də daxil olduğu münsiflər heyətinin ilk iclası keçirilib. İclasda müsabiqənin 16 apreldən başlanması və 16 may 2021-ci il tarixində yekunlaşması qərara alınıb.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31