Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər

07.05.2021 [08:44]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Zığ qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Surxay Əbdül oğlu Noçuyevin ailəsini ziyarət ediblər.
Ailənin qayğıları ilə maraqlanan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov söhbət zamanı şəhidlərimizin Vətən qarşısında misilsiz xidmətləri olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb. V.Seyidov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı və diqqət hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Rayon təşkilatının sədri onu da əlavə edib ki, Vətən müharibəsində öz həyatlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.
Şəhidin atası Əbdül müəllim Surxayın həyatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat verib, eyni zamanda, göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31