Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır

22.06.2021 [09:00]

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət”dir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının aparat rəhbəri Ramiz Yusubov deyib.
R.Yusubov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Onun sözlərinə görə, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Eləcə də Azərbaycan da daim Türkiyənin haqq işini dəstəkləyir.
R.Yusubov qeyd edib ki, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir: “Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində davamlı olaraq inkişaf edir. Ən əsası, iki ölkənin əlaqələri bütün Türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir”.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31