Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının XI hesabat konfransı keçirilib
25.06.2021 [09:36]
İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə ümumxalq birliyinin təcəssümü kimi formalaşmış bir siyasi qüvvə olduğunu təsdiqləyib.
Təşkilat sədrinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal olunmuş torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb. Yeni Azərbaycan Partiyası da bu reallıqlardan çıxış edərək qarşımızda duran yeni vəzifələrin yerinə yetirilməsi naminə öz yolunu davam etdirir.
T.Əhmədov qeyd edib ki, ötən konfransdan keçən dövr ərzində YAP Yasamal rayon təşkilatının sıralarına 5674 nəfər üzv qəbul olunub. Onların 1889 nəfəri gənclər, 2325 nəfəri isə qadınlardır. Eyni zamanda, 25 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Hazırda isə təşkilatda 135 ərazi ilk partiya təşkilatı üzrə 32 min 400 nəfərdən artıq üzv birləşib.
Sonra YAP Yasamal rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Malik Heydərovun hesabatı dinlənilib.
Daha sonra YAP Yasamal rayon təşkilatının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Müzakirələr zamanı YAP Veteranlar Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, BDU-nun professoru, tarix elmləri doktoru İradə Hüseynova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov və YAP Yasamal rayon təşkilatının fəal üzvü İlqar Quliyev çıxış edərək YAP Yasamal rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub. Onun sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla yanaşı, bu siyasətin uğurlarını da xalq arasında geniş təbliğ etməkdədirlər.
YAP Yasamal rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Əhliman Tağıyev təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Yasamal rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

