YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
04.08.2021 [08:42]
Avqustun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatının X hesabat konfransı əvvəlki konfranslardan fərqli əhval-ruhiyyədə keçirilir. Belə ki, 27 illik həsrətdən sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz işğal altında olan torpaqlarımızı, o cümlədən Zəngilanı düşmən tapdağından azad edib. Artıq zəngilanlılar məcburi köçkün deyillər, onlar qısa zamanda doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.
Məruzədə bildirilib ki, rayon təşkilatının 66 ilk ərazi partiya təşkilatında 2316 nəfər üzv birləşir ki, onlardan da 1119 nəfəri qadınlar, 868 nəfəri isə gənclərdən ibarətdir. Ərazi prinsipi ilə yaradılmış bu ilk təşkilatlardan 48-i Bakı, 9-u Sumqayıt, 1-i Şirvan, 5-i Abşeron, 1-i Sabirabad, 2-si Qaradağ rayonu ərazilərində yaradılıb. Ötən konfransdan sonra 419 nəfər rayon sakini partiyaya qəbul edilib. YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən və ali təhsillilərdən ibarətdir.
Sonra YAP Zəngilan rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Hidayət Həsənovun məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Zəngilan rayon təşkilatı İdarə Heyətinin üzvü, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayon təşkilatının Şura üzvü, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, rayon təşkilatının Şura üzvü, ərazi ilk partiya təşkilatının sədri Natiq Quluzadə, partiyanın rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Osmanova, rayon təşkilatı İdarə Heyətinin üzvü, Zəngilan RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şənlik Əliyev və rayon təşkilatı İdarə Heyətinin üzvü Həsən Ələkbərov çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində digər rayonlarımız kimi Zəngilanın da işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, hazırda azad olunmuş ərazilərimizə insanların qayıdışı üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. O, belə bir inam ifadə edib ki, YAP Zəngilan rayon təşkilatının da doğma yurda qayıdışdan sonra fəaliyyətində yeni mərhələ başlayacaq.
“Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub”, - deyən Ə.Tağıyevin sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla yanaşı, bu siyasətin uğurlarını da xalq arasında geniş təbliğ etməkdədirlər.
Ə.Tağıyev YAP Zəngilan rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Zəngilan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

