Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

05.08.2021 [09:00]

Şəmkir şəhərinin Posanlı yaşayış massivində Birinci və İkinci Qarabağ savaşı şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, təşkilatın nümayəndələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazi və yerli sakinlərin iştirak etdiyi açılış mərasimində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.
Həmçinin qeyd edilib ki, şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Xatirə bulağının açılışında şəhid övladlarının ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31