Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının X hesabat konfransı keçirilib
19.08.2021 [09:45]
Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII Qurultayı partiyamızın həyatında əlamətdar hadisəyə çevrildi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqi qarşıya mühüm vəzifələr qoyub. Bu vəzifələrin icrasında hər bir rayon təşkilatı üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməlidir.
A.Bağırov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 71 ərazi ilk partiya təşkilatında 5573 üzvü birləşdirir. Onların 1702 nəfəri qadınlar, 1731 nəfəri isə gənclərdir. 2021-ci ilin 7 ayı ərzində partiya sıralarına 118 nəfər üzv qəbul edilib ki, onların 67 nəfərini gənclər təşkil edir.
Sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Kazım Mənsimovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, partiyanın Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Sahil Hüseynzadə, 19 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri, Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” fikrini önə çəkərək bildirib ki, bu tezis bütün dövrlərdə partiyanın fəaliyyətinə işıq salır, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olur. YAP aparıcı siyasi qüvvə kimi yarandığı gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Biləsuvar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

