/ / “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib
28.08.2021 [12:46]
Avqustun 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: Problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarda iştirak edən gəncləri salamlayıb, layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin mövzunun aktuallığından bəhs edib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində keçirilən seminarların əhəmiyyətindən danışaraq belə layihələrin gənclərin inkişafında böyük rola malik olduğunu vurğulayıb.
M.Quliyev mövzu barədə geniş çıxışında sosial siyasətin dövlətin daxili siyasətindəki yerindən bəhs edib. Bildirib ki, sosial siyasət bütün ölkələrin daxili siyasətində prioritet sahələrdəndir və müasir dövrdə bunun əksi olan dövlətə rast gəlmək çətindir. Komitə sədri qeyd edib ki, sosial siyasət əhalinin mühüm ehtiyaclarının ödənilməsinə xidmət edir və onun bir çox istiqamətləri var. Bu mənada, sosial siyasətin əsas istiqaməti əhalinin məşğulluğunun təmin edilməsidir.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birinin məcburi köçkünlərə diqqət və qayğının göstərilməsi olduğunu deyən M.Quliyev dünyada az sayda ölkənin daxili köçkün problemi ilə qarşılaşdığını qeyd edib. Dövlət müstəqilliyinin ilk illərindən bu problemlə qarşılaşmasına baxmayaraq, ölkəmiz ötən müddətdə məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra edib.
Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri barədə məlumat verən Komitə sədri deyib ki, ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də belə şəxslərin məşğulluğunun təmin edilməsidir. Əvvəllər ölkəmizdə 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin işlə təminatı həyata keçirilməsə də, hazırda onların da sağlamlıq imkanlarına uyğun işlə təmin edildiyini vurğulayan M.Quliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayan M.Quliyev Heydər Əliyev Fondunun da bu prosesdə fəal iştirak etdiyini gənclərin diqqətinə çatdırıb.
Komitə sədri bildirib ki, 2014-cü ilə qədər ev növbəsinə duran şəhid ailələri mənzillə təmin edilib. 2014-2020-ci illər arasında ev növbəsinə yazılanların isə evlə tam təmin olunması prosesinin bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin mənzillərlə təminatına gəlincə, bu, 2025-ci ilə qədər başa çatacaq.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

