Qusarlı gənclər Ümumrespublika “Xəmsə” Festivalının regional turunun qalibi olublar
14.09.2021 [09:33]
Sentyabrın 13-də Qubada Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş Ümumrespublika “Xəmsə” Festivalının regional turu təşkil edilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkda, açıq havada keçirilən bilik yarışının açılış mərasimində YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov çıxış edərək dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb.
Bildirib ki, paytaxt və bölgələrdə bununla bağlı silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumatlar əldə etmələri üçün geniş imkanlar yaradılır.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda, ümumilikdə, 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılan 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq. Növbəti regional turun Qubada gerçəkləşdiyi haqda danışan Bəxtiyar İslamov qeyd edib ki, bu turda Quba və ətraf rayonlardan birlikdə 6 komanda iştirak edir.
Quba, Qusar, Xaçmaz, Xızı, Şabran və Siyəzən rayonlarını təmsil edən gənclərdən formalaşan komandaların iştirakı ilə keçirilən regional turun nəticəsinə əsasən, qalib gələn komanda final mərhələsinə vəsiqə qazanacaq.
Açılış mərasimində Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğu, onun sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görüldüyü qeyd olunub. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi də bunun bariz nümunəsidir.
Çıxışlardan sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə”nin adını daşıyan intellektual yarışmaya start verilib.
Maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında qusarlı gənclər qalib adını qazanaraq final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Sentyabr ayı ərzində davam edəcək layihənin finalının Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxMEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32

