Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır

Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır

23.06.2010 [11:04]

İtaliyada Avropa Xalq Partiyasına (AXP) daxil olan siyasi qurumların birgə toplantısı keçirilib. Yığıncaqda ölkəmizi Milli Məclisin Beynəlxlaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edib. Milli Məclisin deputatı toplantı ilə əlaqədar AzərTAc-a verdiyi müsahibəsində deyib: “Ən yüksək səviyyədə  təşkil olunmuş toplantıda bu partiyaya daxil olan Bolqarstan, Malta və Albaniyanın xarici işlər nazirləri, Gürcüstan Baş nazirinin birinci müavini, Xorvatiya parlamentinin komitə sədri və digərləri iştirak  etmişlər. Yığıncaq Avropa Xalq Partiyasının prezidenti Vilfrid Martensin və İtaliyanın xarici işlər naziri Franko Fratinin rəhbərliyi altında keçirilib. Müzakirələr nəticəsində ümumi fikir ondan ibarət olub ki, AXP Avropada yeni fəaliyyətə başlamış siyasi partiyalarla, o cümlədən  Yeni Azərbaycan Partiyası ilə  əlaqələri daha yüksək səviyyədə təşkil etsin. Yeni Azərbaycan Partiyası hazırda beynəlxalq aktiv fəaliyyətdədir. Bu fəaliyyət AXP tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Xatırladaq ki, AXP prezidenti V.Martensinbu yaxınlarda  Azərbaycana səfər edib. ölkəmizdə onun kitabının təqdimatı keçirilib. Mövcud əlaqələrimiz bizə imkan verir ki, YAP-ın Avropanın ən nüfuzlu və mötəbər  partiyası ilə əlaqələrini daha da möhkəmləndirməklə Azərbaycanın mövqeyini Avropada daha yüksək səviyyədə tanıdaq. Mən yığıncaqdakı çıxışımda AXP-yə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqı tərəfindən  bu yaxınlarda qəbul olunmuş qətnaməni dəstəklədiyi üçün öz minnətdalığımı bildirdim. Digər tərəfdən Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində AXP-nin verdiyi dəstəyi yüksək qiymətləndirdim. YAP-ın bu istiqamətdə gördüyü işlərin daha yüksək səviyyəyə qalxması istiqamətində fəaliyyət göstərmək arzusunu ifadə etdim. AXP sədri və İtaliyanın xarici işlər naziri Azərbaycan nümayəndə heyətinin çıxışını xüsusi vuğulamışlar. Onlar qeyd ediblər ki,  AXP sədrinin Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycanda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası Avropa dəyərlərini ölkəmizə gətirmək istiqamətində və Azərbaycan həqiqətlərini Avropaya çatdırmaqda çox önəmli fəaliyyət göstərir və bu fəaliyyətə dəstək vermək lazımdır”.

Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30