Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

18.10.2021 [10:50]

Qaradağ rayonunda 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar tədbirləri davam etdirir. Tədbirlər çərçivəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi anılır, onların ailələri ziyarət olunur.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Musaoğlu Ataməli Seyidməmməd oğlunun və Abasov Ruslan Hikmət oğlunun Lökbatan qəsəbəsindəki  Şəhidlər xiyabanında məzarlarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Həmçinin, rayonun rəhbərliyi şəhidlərin Lökbatan və Sahil qəsəbəsində təşkil olunmuş il mərasimlərinə qatılıb, onların ailə üzvlərinə və doğmalarına başsağlığı veriblər.

Paylaş:
Baxılıb: 795 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31