“Qarabağ zəfəri: milli birlik və dini həmrəylik” mövzusunda görüş keçirilib
05.11.2021 [15:49]
Noyabrın 5-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının partiyanın Gənclər Birliyinin üzvləri ilə “Qarabağ zəfəri: milli birlik və dini həmrəylik” mövzusunda görüşü keçirilib.
Görüşdən əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini açıqlayıb. B.İslamov bildirib ki, 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyuldu, ərazi bütövlüymüz təmin edildi. Artıq böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad olunduğu tarixləri bayram əhval-ruhiyyəsi ilə qeyd edirik.
YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi tarixi hadisədir: “Bu Qələbənin müəllifi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlət başçısı son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qələbəyə yol açdı. Azərabaycanın iqtisadi, siyasi, diplomatik, xarici siyasət sahəsində qazandığı uğurlar 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı. Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri də milli birlik, Xalq-Prezident-Ordu birliyi, həmrəyliyidir.”
“Müharibələrdə iki cəbhə müəyyən edilir” söyləyən M.Qurbanlı qeyd edib ki, bu cəbhələr bir-birini tamamlayanda Qələbə qaçılmaz olur: “Azərbaycan Ordusu ön cəbhədə qəhrəmanlığı, şücaəti ilə dünyanın ən güclü ordusu olduğunu nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun gücü, qüdrəti qarşısında geri çəkilərək diz çökdü. Silahlı Qüvvələrimiz kifayət qədər müasir silahlarla təmin edilmiş, ölkəmizin müharibə taktikası, döyüş əməliyyatları təkmil idi. Rəşadətli Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı.”
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, müharibənin digər cəbhəsi diplomatik müstəvidir: “44 günlük Vətən müharibəsində diplomatik cəbhədə səylər davam etdirildi, informasiya cəbhəsində uğurlu addımlar atıldı. Dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibələrinə diqqət yetirdikdə böyük fərq diqqəti özünə çəkirdi. İşğalçı Ermənistan hər zaman fakt qarşısnda aciz qalıb. Bir məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd - şərtsiz çıxarılması öz əksini tapmışdı. Ümumilikdə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcud idi. Məhz bu amil Azərbaycanın döyüş meydanında qalibiyyətində əsas rol oynadı.”
YAP İdarə Heyətinin üzvü daha sonra vurğulayıb ki, 8 Noyabr Zəfər Günü nəinki, Azərbaycanda, ümumilikdə azərbaycanlıların yaşadığı bütün ölkələrdə bayram kimi qeyd edilir. Zəfərimiz 30 illik işğal dövrünün reallıqlarının təqdimatında, qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdışa hazırlıq görülür.
Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

