Yeni Azərbaycan Partiyasının əzəmətli gücünün əsas dayaqlarından birini qadınlar təşkil edir
28.08.2010 [11:17]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının rayon (şəhər) təşkilat sədrlərinin toplantısı keçirilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Yeni Azərbaycan Partiyasının əzəmətli gücünün əhəmiyyətli dayaqlarından birinin məhz qadınların olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, hazırda partiya üzvlərinin yarısına qədərini qadınlar təşkil edir. “Bu amil YAP-ın qadınların ictimai-siyasi fəallığına münasibətini ifadə edir, digər tərəfdən isə Azərbaycan qadınlarının arasında partiyamızın nə qədər böyük nüfuz sahibi olduğunu sübuta yetirir. Məmnunluq hissi ilə demək lazımdır ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən, qadınlar tərəfindən də birmənalı şəkildə müdaifə olunur” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Qarşıdan gələn parlament seçkilərində Qadınlar Şurasının rayon (şəhər) təşkilatlarının üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov seçki kampaniyasının aparılması ilə bağlı təşkilat rəhbərlərinə tövsiyələrini verib: “Tədbirin əsas məqsədi YAP-ın parlament seçkilərinə hazırlığını, partiyanın çox əhəmiyyətli dayaqlarından olan qadınların ölkənin ictimai-siyasi həyatında rolunu və qarşıdakı seçki kampaniyasında fəallıqlarını bir daha nəzərdən keçirməkdir”.
ötən ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, YAP-ın təşəbbüsü ilə qadınlar seçkilərdə xüsusi fəallıq nümayiş etdirdilər. 2004-cü il bələdiyyə seçkilərində qadınlar bələdiyyələrin tərkibində 4 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində onların təmsilçilik göstəriciləri 28 faizə çatdırıldı. Bu da qadınlarımızın ictimai fəalığının artmasından irəli gəlir. Bu uğur beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib. Onun sözlərinə görə, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasında ölkəmizdə qadınların ictimai fəallığının artırılması istiqamətində həm dövlət, həm də ölkənin aparıcı partiyası olan YAP tərəfindən atılan addımlar təqdir olunub. Qadınların ölkə Prezidentinin həyata keçirdiyi siyasətin reallaşmasında və bunun nəticəsi olaraq uğurların əldə edilməsində yüksək fəallıq göstərdiyini qeyd edən Əli Əhmədov bildirib ki, bütın sahələrin inkişafında Azərbaycan qadınları fəal iştirak edir: “Qazanılan uğurlarda onların əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. Partiya olaraq qadınlarımızın ölkənin ictimai-siyasi həyatında artan rolundan razılğımızı ifadə edir, onları daha da fəal olmağa çağırırıq. Sözsüz ki, bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şəraiti yaradırıq. Fəallığı artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfənizi vermiş olarsınız. YAP-ın yaradıcısı olan Ulu öndər Heydər Əliyev Azərbaycan qadınlarının partiyanın sıralarında çoxluq təşkil etməsinin, ölkənin siyasi həyatında fəallıqlarının artırmalarının vacibliyini daim önə çəkirdi. Bu diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
ölkəmizin çox əhəmiyyətli, mühüm siyasi kampaniyanın ərəfəsində oluduğunu deyən Əli Əhmədov noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcəyini xatırladıb. YAP Sədrinin müavini bildirib ki, partiyamız qərarlaşmış ənənəyə görə həmişə istənilən seçki kampaniyasına ciddi şəkildə hazırlaşır. Seçki kampaniyasına rəsmi start verilməzdən öncə də seçki proqramının həyata keçirilməsi istiqamətində səylər göstərilir. Bu istiqamətdə rayon və şəhər təşkilatlarında görüşlər keçirilib, görüləcək işlərlə bağlı proqram təqdim olunub. Proqram əsasında artıq müəyyən tədbirlər həyata keçirilib.
“YAP olaraq bütün seçki kampaniyasında olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də yaxından iştirak etməklə uğur qazanmağa, layiqli namizədlərimizin Azərbaycanın ali qanunverici orqanında təmsil olunmasına səy göstərəcəyik. Qarşımıza çox vacib, çətin, mürəkkəb, eyni zamanda, şərəfli bir vəzifəni qoymuşuq. Partiyanın bütün resursları, üzvləri belə bir şərəfli vəzifənin yerinə yetirilməsinə səfərbər edilib. Malik olduğumuz resurslar, Azərbaycan iqtidarının həyata keçiridyi siyasət, ölkə Prezidentinin xalqımız tərəfindən qətiyyətlə dəstəklənməsi və s. qarşıdan gələn parlament seçkilərində daha ciddi uğurlar qazanmağımıza əsaslar yaradır. Seçki taktikamız ona yönəlib ki, parlament seçkilərində partiyamız əvvəlki parlament seçkilərində əldə etdiyindən daha əhəmiyyətli və yüksək seçki qələbəsi qazansın. Belə bir vəzifəni qarşıya qoymağımız təbii ki, bir sıra səbəblərlə əlaqədardır” - deyə, o, qeyd edib.
Əli Əhmədov vurğulayıb ki, bu gün partiyanın üzvlərinin sayının yarım milyondan artıq olması da, YAP-ın gələcəyinə olan inamın göstəricilərindəndir. “Bu, sadəcə statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqət, həyata keçirilən siyasətin bu gününə və sabahına olan böyük inamdır. Əgər biz müqayisə aparsaq, 2005-ci il parlament seçkilərində YAP-ın üzvlərinin sayı 370-380 min arasında idi. Bu gün isə yarım milyondan çoxdur. Bunun 50 faizə qədərini qadınlar təşkil edir. Beləliklə, partiyamızın gücünün və əzəmətinin yarısı Azərbaycan qadınlarının bu partiyanın sıralarında birləşməsindən asılıdır. Partiyanın sıraları ildən-ilə kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. Bu artım YAP-ın ictimai nüfuzunun və dəstəyinin ifadəsi, seçki kampaniyalarında partiyanı dəstəkləyən seçicilərin sayının yüksək səviyyədə olmasının təsdiqidir. Partiya sıralarına axının sürətlənməsi hər bir seçkidə YAP-ın qarşıya daha ciddi və böyük vəzifələr qoyması üçün etibarlı əsas yaradır. Partiyamız parlament seçkilərinə də mühüm vəzifələrlə qatılır. Düşünürük ki, YAP-ın şəhər və rayon təşkilatlarının qadınlar şurası partiyanın seçki proqramının uğurla həyata keçirilməsinə özlərinin böyük töhfələrini verə bilərlər. Bu, sözsüz ki, YAP-ın sıralarında birləşən qadınların fəallığının yüksək olması ilə bağlıdır. Bütün bu parametrləri nəzərə alaraq, qadınları partiyanın seçki kampaniyasının uğurla həyata keçirməsində vacib, çox əhəmiyyətli resurs hesab edirik. Düşünürük ki, qadınlar şuraları bu məsuliyyəti dərk edərək, malik olduqları resursdan partiyanın qələbəsi üçün səmərəli istifadə edəcəklər” - deyə, Əli Əhmədov bildirib.
“Azərbaycanın hər bir şəhərində, rayonunda YAP-ın rayon və şəhər təşkilatları Qadınlar Şurası formalaşıb”, - deyən Əli Əhmədov belə bir inam ifadə edib ki, qarşıdan gələn parlament seçkilərində bütövlükdə hər bir rayon və şəhər təşkilatı özünün malik olduğu resurslarını seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün səfərbər edəcək və bu prosesdə Qadınlar Şurası da kənarda qalmayacaq.
Əli Əhmədov qeyd edib ki, ötən parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə həyata keçirilən siyasətin və onun uğurlarının Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilməsi də YAP-ın qələbəsini şərtləndirən əsas amillərdəndir. Həyata keçirilən siyasət əsasında dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın bölgədə və dünyada siyasi çəkisinin artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. YAP Sədrinin müavini bildirib ki, bu uğurlar öz növbəsində hər bir rayonda, qəsəbədə iqtidarın həyata keçirdiyi siyasətin seçicilər tərəfindən yüksək səviyyədə dəstəklənməsinə zəmin yaradır. Bu uğurlar, eyni zamanda, YAP tərəfindən irəli sürülən namizədlərə münasibəti formalaşdırır. Onun sözlərinə görə, partiya sıralarında birləşən qadınlar YAP-ın seçki qərargahlarının işində fəal iştirak etməklə, partiya tərəfindən irəli sürülən namizədlərin fəal təbliğatçısı olmaqla, seçki proqramının uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilərlər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini bir daha önə çəkən Əli Əhmədov bu əminliyi ifadə edib ki, həmişə olduğu kimi, bu ilin də seçki kampaniyası YAP üçün uğurlu olacaq.
YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, qadınlarıın ölkənin ictimai-siyasi həyatında fəallığından geniş bəhs edib. O, bildirib ki, Ulu öndər Heydər Əliyev qadınların ictimai fəallığının artırılmasını daim qarşıya ən ümdə məqsəd kimi qoyurdu. M.İbrahimqızı Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını da buna əyani sübut kimi qeyd edib. Millət vəkili müstəqilliyimizin ilk illərində Azərbaycanın ağır, böhranlı vəziyyətində qadınlarımızın da hansı çətinliklərlə üzləşdiyindən bəhs edib. O, bildirib ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ümumilikdə bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin 50 faizinin qadınlardan ibarət olması, məhz Azərbaycanı fəlakətdən, dağılmaqdan xilas edən Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətdən, Prezident İlham Əliyevin həyata keçiridyi siyasətin gələcəyinə böyük inamdan irəli gəlir. ötən bələdiyyə seçkilərində qadınlarımızın təmsilçilik faizinin artmasını onlara diqqət və qayğının bariz nümunəsi kimi qeyd edən M.İbrahimqızı deyib ki, qadınlarımız qarşıdan gələn parlament seçkilərində də fəal olacaq, partiyanın qələbəsinə öz töhfələrini verəcəklər.
YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılova tədbirin aktuallığını önə çəkərək, bu gün ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan, bu nailiyyətlərin əldə olunmasında Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolundan danışıblar. Qeyd olunub ki, bütün seçkilərdən uğurla çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də qələbəsi şəksizdir. Bu əminliyi yaradan isə həyata keçirilən uğurlu siyasət, qazanılan uğurlar, xalqın bu partiyaya böyük inam və etimadıdır.
Tədbirdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

