Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası alternativsiz siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası alternativsiz siyasi qüvvədir

17.10.2010 [13:44]

Hakim partiya hər zaman fəaliyyətini xalqımızın, dövlətimizin tərəqqisinə həsr edib
Noyabrın 7-də Azərbaycanda növbəti dəfə keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da bu proses xüsusi maraqla izlənir. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) millət vəkilliyinə namizədlərinin seçicilərlə keçirdiyi görüşlər də təsdiqləyir. Belə görüşlərdən biri də dünən Sumqayıt şəhərində olub. Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Babayev Muxtar Bahadur oğlunun şəhərin 9-cu mikrorayon, 50 saylı binada yaşayan seçicilərlə görüşünü YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev açıb.
O, noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini və hakim partiyanın ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da bu seçkilərə ciddi şəkildə hazırlaşdığını söyləyib. YAP Sumqayıt şəhər təşkilatının sədri deyib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılıb: “Əminəm ki, Sumqayıt seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Şəhər təşkilatının sədri əlavə edib ki, bir sıra siyasi qüvvələr, o cümlədən, YAP parlament seçkiləri ilə bağlı öz namizədlərini irəli sürüb. Onun sözlərinə görə, hakim partiya millət vəkilliyinə o namizədləri irəli sürməyə çalışıb ki, həmin seçki dairələrində insanlar onu dəstəkləsinlər və onun vasitəsilə Milli Məclisdə təmsil olunsunlar: “Belə namizədlərdən biri də bu gün sizlərin görüşünə gələn Muxtar Babayevdir. Məlumat üçün deyim ki, Babayev Muxtar Bahadur oğlu 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olub. Atası mühəndis -inşaatçı, anası müəllimədir. 1984-cü ildə orta məktəbi bitirib və həmin il Moskva Dövlət Universitetinə daxil olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İqtisadi Əməliyyatlar İdarəsində şöbə rəisi, sonradan isə həmin idarənin rəis müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan isə rəis vəzifəsində çalışıb. 2007-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. 2010-cu ilin aprel ayında ARDNŞ-in “Azərikimya” İstehsal Birliyinin Baş direktoru vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var”.
çıxış üçün söz alan namizədin vəkili, Sumqayıt şəhər təbiət təmayüllü litseyin direktoru Minarə Tahirova Muxtar Babayeıvin eyni zamanda Sumqayıt gəncliyini təmsil etdiyini deyib: “Mən özümə oğul sandığım, elə düşünürəm ki, bir övladım üçün vəkillik edirəm. Muxtar Babayev haqqında məlumat verildi və qeyd olundu ki, o, 43 yaşlı bir gəncdir. Düşünürəm ki, gənclik şəhəri Sumqayıta məhz Muxtar Babayev kimi gənc bir millət vəkili lazımdır. İnanıram ki, o, millət vəkili seçiləcəyi təqdirdə zəhmətkeş Sumqayıta layiqincə xidmət edəcək”.
Digər vəkillər də çıxışlarında diqqəti Muxtar Babayevin zəngin bioqrafiyasına yönəldiblər. Qeyd olunub ki, bu vaxta kimi bir sıra mühüm vəzifələrdə çalışan M.Babayevin daim özünü doğrultması və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməsi onun bir millət vəkili kimi də fəal olacağını deməyə əsas verir. Heç şübhəsiz hakim partiya da onun namizədliyini irəli sürərkən məhz bu amilləri nəzərə alıb. Odur ki, Sumqayıt seçiciləri noyabrın 7-də YAP-ın millət vəkilliyinə namizədi Muxtar Babayevə səs verməlidirlər.
çıxış üçün söz alan YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Muxtar Babayev ona etimad göstərildiyinə görə, başda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlıq edib. Muxtar Babayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir: “Partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir. Bu gün Azərbaycanda 50-yə qədər siyasi partiya fəaliyyət göstərir. Amma onların sosial dayaqları çox zəifdir. YAP isə cəmiyyətin ən intellektual təbəqəsini öz ətrafında birləşdirir”.
Daha sonra öz platforması barədə seçicilərə məlumat verən namizəd millət vəkili seçiləcəyi təqdirdə xüsusilə neft-kimya sahəsində aşağıdakı məqsədlərin həyata keçirilməsinə çalışacağını bildirib: “Neft-kimya sənayesində müasir standartlara cavab verən yeni müəssisə və qurğuların tikilməsi, mövcud istehsal sahələrinin müasir avadanlıq və qurğularla təchiz olunması əsas məqsədlərimizdən biridir. Eyni zamanda, yüksək standartlara cavab verən, rəqabətə davamlı yeni məhsulların istehsalı; neft-kimya sənayesi üçün gənc mütəxəssislərin hazırlanmsı məqsədilə kimya peşə məktəblərinin bərpası və məzunların kimya müəssisələrində işlə təmin edilməsi; neft-kimya müəssisələrində çalışan əməkçilərin sosial-maddi vəziyyətinin yaxşılaşdırılması, iş yerlərində əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təşkili; neft-kimya sənayesində ətraf mühitin qorunması və işçilərin sağlamlığı üçün əməli tədbirlərin görülməsinə çalışacağam”.
Sonda çıxış edən seçicilər hakim partiyanın millət vəkilliyinə namizədi Muxtar Babayevə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30