Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sumqayıtlılar inkişaf və tərəqqiyə səs verəcəklər

Sumqayıtlılar inkişaf və tərəqqiyə səs verəcəklər

16.10.2010 [11:33]

41 saylı Sumqayıt birinci seçki dairəsində Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Leyla Abdullayevanın seçicilərlə ilk görüşü olub
Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Dünəndən etibarən isə millət vəkilliyinə namizədlərin təbliğat-təviqat kampaniyasına start verilib. Məlum olduğu kimi bu kampaniya çərçivəsində millət vəkilliyinə namizədlər seçiciləri ilə görüşlər keçirir, öz platformaları barədə onlara ətraflı məlumat verirlər. Belə görüşlərdən biri də Sumqayıtda baş tutub. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Leyla Arif qızı Abdullayevanın şəhərin 1-ci məhəllə, 2 a saylı binasında yaşayan seçiciləri ilə görüşü olduqca izdihamlı keçib. Seçicilərin namizədlə görüşə bu cür maraq göstərməsi isə xalqın hakim partiyaya olan etimadının növbəti təsdiqi idi.
Namizədin vəkillərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu deyən A.İmaməliyev sumqayıtlıların da bu prosesdə fəallıq göstərəcəklərini bildirib: “Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdirib”.
Asif İmaməliyev qeyd qeyd edib ki, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı daha da güclənməsinə səbəb olub: “Mən inanıram ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Namizəd haqqında seçicilərə ətraflı məlumat verən Asif İmaməliyev deyib ki, Leyla Abdullayeva Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərinin 1 və 15 saylı orta məktəblərində alıb. 1976-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1981-ci ildə rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnərək oranı müvəffəqiyyətlə bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə Naxçıvan şəhər 6 saylı orta məktəbdə müəllim kimi başlayıb, 1984-cü ildən 2005-ci ilədək Sumqayıt şəhər 15 saylı orta məktəbdə, istedad liseyində pedaqoji fəaliyyətlə məşğul olub. 2005-ci ildən 18 saylı orta məktəbin direktoru vəzifəsində çalışır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, partiyanın Sumqayıt şəhər təşkilatının Şura üzvü kimi daim təşkilatın işində yaxından iştirak edib.
2009-cu ildə Sumqayıt şəhər bələdiyyəsinə keçirilən seçkilərdə partiyanın namizədi kimi iştirak edib və bələdiyyə üzvü seçilib. Şəhər bələdiyyəsinin yerli sosial məsələlər komissiyasının üzvüdür. L.Abddulayevanın rəhbərlik etdiyi təhsil ocağı 2010-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olub. Namizədin əmək fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilib və 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
A.İmaməliyev sonra sözü namizədin vəkillərinə verib.
“Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının aktiv fəaliyyəti bütün dünya üçün bir nümunədir. Biz Azərbaycan qadınları da məhz Mehriban xanım Əliyevanın fəaliyyətini özümüz üçün nümunə hesab etməli və dövlətimizin inkişafında üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik”, - deyən namizədin vəkili, Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Pərvanə Səfərova isə diqqəti maraqlı bir məqama cəlb edib. Onun sözlərinə görə, Sumqayıtın uzun illərdir ki, qadın millət vəkili olmayıb: “Hakim Yeni Azərbaycan Partiyası bizə gözəl bir şans verib. Bizlər Leyla Abdullayevaya səs verməklə Sumqayıtı təmsil edəcək millət vəkillərindən birinin məhz xanım olmasını təmin edə bilərik”.
Digər vəkillər də Leyla Abdullayevanın qalib gələcəyi təqdirdə fəal və işgüzar bir millət vəkili olacağına əminliklərini ifadə ediblər.
çıxış üçün söz alan millət vəkilliyinə namizəd Leyla Abdullayeva öncə ona bu etimadın göstərilməsinə görə, başda YAP Sədri, Prezident İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlıq edib. Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti ölkəmizi böyük inkişaf yoluna çıxarıb: “Nəticədə Azərbaycan bu gün regionun lider ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır. Bu cür dinamik, quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə, xalqımızın, dövlətimizin başçısının yaxın köməkçisi olmağa və sumqayıtlıların etimadını doğrultmağa şərait yaradır”.
Leyla Abdullayeva əlavə edib ki, son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunur. Bu inkişafdan Sumqayıt şəhərinə də pay düşdüyünü söyləyən namizəd dövlətimizin başçısının hər zaman Sumqayıta qayğı ilə yanaşdığını önə çəkib: “Yeni infrastrukturların yaradılması, kommunikasiya xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər, sənaye müəssisələrinin bərpası və yenilərinin açılması, o cümlədən, şəhərdə aparılan abadlıq-bərpa işləri Sumqayıtın son illər ərzində canlanmasına səbəb olub”.
Tədbirin sonunda seçicilər çıxış edərək hakim partiyanın namizədinə səs verəcəklərini bildiriblər.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30