7 noyabrda Füzuli seçiciləri ən layiqli namizədə - Bahar Muradovaya səs verəcəklər
17.10.2010 [13:47]
Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Partiyanın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi, Milli Məclis sədrinün müavini Bahar Muradova dünən rayonun Horadiz qəsəbəsində seçicilərlə görüşüb. Tədbirdə ilk olaraq çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Hafiz Tahirov rayonda görülmüş böyük quruculuq işləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük surətlə inkişaf edir. Bu inkişafın nəticələrini Füzulidə də görmək olar. Rayon qısa müddət ərzində müharibənin ağır fəsadlarının öz üzərindən ataraq, inkişaf yoluna qədəm qoyub. O, daha sonra parlament seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Bildirib ki, rayon təşkilatı parlament seçkilərinə ciddi hazırlaşır və öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. Bütün zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda partiyamızın namizədinin uğur qazanması üçün geniş təşviqat kampaniyası həyata keçirir. Hafiz Tahirov bildirib ki, YAP bu seçki dairəsi üzrə Milli Məclisin vitse - spikeri Bahar xanım Muradovanın namizədliyini irəli sürüb. O, Bahar xanımın əlavə təbliğata ehtiyacı olmadığını vurğulayaraq deyib ki, bütün füzulililər Bahar xanımın rayonumuzu, respublikamızı necə təmsil etdiyini çox yaxşı bilirlər.
Sonra isə YAP-ın Milli Məclis üzvlüyünə namizədi Bahar Muradovanın vəkilləri çıxış ediblər. Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib ki, hazırda ölkəmizin ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişədən ən çox zərər çəkən rayonlarımızdan biri də Füzuli rayonudur. Təsadüfi deyil ki, rayonu çox yüksək səviyyədə təmsil edən Bahar xanım da bu məsələyə böyük diqqət ayırır.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə isə deyib ki, bu günə kiim Bahar xanım öz bacarığı, səriştəsi, qabiliyyəti ilə böyük uğurlar qazanıb: “Təbii ki, bu uğurların əldə olunmasında füzulililərin də dəstəyi inkar olunmazdır. Bahar xanım daima Füzuli sakinlərinin dəstəyini hiss edib və mən əminə ki, 7 noyabrda keçiriləcək parlament seçkilərin rayon sakinləri yenidən öz sevimli namizədlərinə səs verəcəklər”.
Xalq artisti Ramiz Quliyev isə deyib ki, Füzuli rayonu çox böyük insanlar yetirib: “Ağabala Abdullayev, Süleyman Abdullayev, İslam Rzayev kimi böyük şəxsiyyətlər bu torpaqda yetişib və mədəniyyətimizə böyük xidmətlər göstəriblər. Həmçinin, Füzuli rayonunda tanınmış ictimai-siyasi xadimlər də yetişib ki, onlardan biri də məhz Bahar xanım Muradovadır”.
Bahar xanımın çox sadə, səmimi bir insan olduğunu söyləyən Xalq artisti əlavə edib ki, o, hər kəsə səmimiyyətlə yanaşır, insanların problemləri ilə maraqlanır, həlli üçün əlindən gələni əsirgəmir: “Mən çox xoşbəxtəm ki, Bahar xanım kimi xalqının sevdiyi bir insanın vəkiliyəm və əminəm ki, siz 7 noyabrda Bahar xanıma sevginizi yenidən göstərəcəksiniz”.
“Azərbaycan” qəzetinin şöbə redatoru Flora Xəlilzadə isə deyib ki, füzulililər çox mürəkkəb tarixi sınaqlardan uğurla çıxmış qərhrəman insanlardır: “Siz daima düzgün qərarlar qəbul etmisiniz və əminəm ki, 7 noyabrda növbəti dəfə düzgün qərar qəbul edərək Bahar xanım Muradovaya səs verəcəksiniz”.
Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Elmi tədqiqat institutunun direktoru, professor Qalib Qarayev və “Trans-servis” şirkətinin təsisçisi Azər Namazov da seçiciləri Bahar Muradovaya səs verməyə çağırıblar.
Birinci çağırış Milli Məclisinin üzvü olmuş Məmməd Məmmədov isə deyib ki, Füzuli rayonunda deputatlığa ən layiqli namizəd Bahar Muradovadır: “O, öz əməlləri, öz fəaliyyəti ilə mənim bu fikrimi sübuta yetirib. Əgər biz Füzulinin problemlərinin həllini istəyiriksə, Bahar xanıma səs verməliyik. Onun Milli Məclisdə təmsil olunması, rayonumuzu təmsil etməsi Bahar xanımdan çox biz füzulililərə lazımdır”.
Sonra çıxış edən YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi, Milli Məclis sədrinün müavini Bahar Muradova deyib ki, öz fəaliyyətində Füzuli rayonunun sakinlərinin, ümumiyyətlə, bütün Azərbaycan xalqının dəstəyini həmişə hiss edib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı yerindən və rolundan da geniş danışıb. B.Muradovanın sözlərinə görə, bu gün nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, xalqın dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki prosesindən qalib ayrılıb. çünki YAP-ın fəalları hər zaman insanlarla bir yerdə olub, onları dinləyib. İnsanların tələblərini əvvəlcədən görən Yeni Azərbaycan Partiyası, hər zaman rasional addımlarla xalqın maraqlarını reallaşdırıb: “Əlbəttə ki, bu partiyamızın bir nömrəli funksiyasıdır, işidir. Xalqın maraqları üzərində həyata keçirilmiş işlər bu gün dinamik inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn insanların timsalında özünü qabarıq büruzə verir. Bu baxımdan da, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs insanlar tərəfindən dəstəklənir. Bu qürurverici hal bizi daha fəal olmağa, xalqımız üçün daha yaxşısını etməyə sövq edir”.
B.Muradova daha sonra platforması və seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində geniş danışıb: “Mən sizi əmin edirəm ki, əgər yenidən Milli Məclis üzvlüyünü seçiləcəyəmsə, sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir füzulili kimi mənim borcumdur. Amma mənim ən böyük məqsədim və vəzifəm Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində Azərbaycanın inkişafına yardım etməyə çalışmaqdır”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

