Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP yarandığı vaxtdan bu günə qədər Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətlər göstərib

YAP yarandığı vaxtdan bu günə qədər Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətlər göstərib

17.10.2010 [13:48]

YAP Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Əli Əhmədov Nərimanov rayonu, Z.Xəlil, 1929-cu məhəllədə seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, Z.Xəlil küçəsi, 1929-cu məhəllədə seçicilərlə görüş keçirib. ötən beş il ərzində deputat kimi fəaliyyəti haqqında ümumi məlumat verən Əli Əhmədov bu müddət ərzində seçicilərin etimadını doğrultmağa çalışdığını vurğulayıb. O, bildirib ki, beş ildə Nərimanov rayonunda bir çox məsələlərin həllinə nail olunub. Bu da seçicilərin arzu və istəklərinə uyğun olub.
Noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini deyən YAP Sədrinin müavini bu seçkilərin də azad və demokratik keçirilməsi üçün bütün imkanların yaradıldığını vurğulayıb. “Seçkilərin nəticələrini seçicilərin rəyi, iradəsi müəyyən edir. Əgər növbəti dəfə də mənə səs versəniz sizin etimadınızı doğrultmağa, üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışacağam”, - deyən Əli Əhmədov görüş iştirakçılarını parlament seçkilərində düzgün seçim etməyə çağırıb. Onun sözlərinə görə, bu gün deputat olmaq iddiasına düşənlər çoxdur və niyyətlərinə çatmaq üçün yalan vədlər verməkdən də çəkinmirlər: “Ancaq şəxsən mən üzərimə götürdüyüm vəzifənin məsuliyyətini hiss edərək daim seçicilərin qaldırdıqları məsələlərə diqqətlə yanaşmağa çalışıram”.
Əli Əhmədov bildirib ki, YAP yarandığı vaxtdan bu günə qədər Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətlər göstərib. Onun sözlərinə görə, 1993-cu ilin iyun ayında Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla dövlətimizi məhv olmaqdan xilas etdi: “1993-cü ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib, iqtisadiyyatı xeyli güclənib, sosial və digər sahələrdə ciddi nailiyyətlər əldə edilib. Bir neçə gün öncə 2011-ci ilin dövlət büdcəsi müzakirə olundu. Gələn ilin büdcəsi 12 milyard manatdan çoxdur. ötən 10-15 il ərzində büdcəmiz bir neçə dəfə artıb. Təbii ki, bu artım xalqa xidmət edir. Bu, sadəcə rəqəmlər deyil, bu rəqəmlərin arxasında görülən işlər, zəhmət dayanır. Bu dəyişikliklər insanların həyatında baş verən dəyişikliklərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edir. Məqsəd odur ki, hər bir vətəndaşın, hər bir ailənin güzəranı daha da yaxşılaşsın. Həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün guşələrində abadlıq, quruculuq işləri həyata keçirilir, yeni yollar, körpülər tikilib istifadəyə verilir. Eyni zamanla, insanların əməkhaqları, təqaüdləri, sosial müavinətləri tədricən artırılır. Kimsə əməkhaqlarının bir neçə dəfə artırılmasını vəd edirsə, bu, həqiqətdən tamamilə uzaqdır. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət uzun müddətə hesablanıb və bunun nəticəsində də ilbəil əhalinin rifahı daha da yüksələcək”.
YAP Sədrinin müavini ölkənin qarşısında böyük vəzifələrin dayandığını da bildirib. Onun sözlərinə görə, hazırda ən ciddi problem torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasıdır. Əli Əhmədov bildirib ki, hökumət öz torpaqlarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atır, çadır düşərgələri ləğv olunaraq yeni müasir tipli qəsəbələr tikilir. “Gördüyünüz kimi, dövlət kifayət qədər səylə çalışır ki, hər bir vətəndaş rahat yaşasın. YAP-ı təmsil edən deputatlar da Prezident İlham Əliyevin siyasətinə xidmət edir. Bu mənada məni yenidən deputat kimi görmək istəsəniz indiyə qədər olan fəaliyyətimi bundan sonra da davam etdirəcəm”, - deyə deputatlığa namizəd bildirib.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək ötən beş il ərzində Əli Əhmədovun deputat kimi fəaliyyəti haqqında danışıb. O, növbəti dəfə Nərimanov seçicilərinin YAP-ın namizədinə səs verəcəyinə inandığını deyib: “Əli Əhmədovun 19 saylı seçki dairəsinin deputatı kimi fəaliyyəti hamının gözü qarşısında baş verib. Görülən işlər xeyli çoxdur, ona görə də, siz bu işlərin davam etdirilməsini istəyirsinizsə, 7 noyabrda yenidən öz deputatınıza səs verin”.
Görüşdə çıxış edən seçicilər ötən beş il ərzində öz deputatlarının fəaliyyətindən razı olduqlarını və növbəti parlament seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Seçicilərdən Mikayıl Əhmədov çıxış edərək Əli Əhmədovun fəaliyyətindən razı olduğunu bildirib: “YAP-ın Sədr müavini olan Əli Əhmədov bizi qanunverici orqanda layiqincə təmsil edir. Onun rayonumuzda gördüyü işləri də danmaq mümkün deyil. Mən şübhə etmirəm ki, Əli Əhmədov istənilən seçki dairəsindən namizədliyni irəli sürsə, millət vəkili seçiləcək”.
Daha sonra Milli Qəhrəman atası Zirəddin Xasayev çıxış edərək YAP-ın sıralarında intellektual insanların birləşdiyini deyib: “Əli Əhmədov Azərbaycanın nüfuzlu ziyalılarındandır, biz onu dəstəkləyirik və noyabrın 7-də yenidən ona səs verəcəyik. Bəzən kimlərsə xırda məişət məsələlərini qaldırırlar. Amma qlobal problemlərlə məşğul olmaq lazımdır. Bu baxımdan, Əli Əhmədovun geniş fəaliyyəti təqdir olunmalıdır”.
Görüş zamanı digər seçicilər də YAP-ın Sədr müavini Əli Əhmədova səs verəcəklərini bildiriblər.
Haqverdi Hümbətov: “YAP fəaliyyətini real işlər üzərində qurub. Prezident İlham Əliyevin Sədr olduğu bu partiya bir çox uğurlarla özünü təsdiq edib. YAP cəmiyyətdə özünü mütəşəkkil siyasi qüvvə kimi çoxdan təsdiq edib. Bunun nəticəsində YAP dünyanın nüfuzlu partiyaları ilə əməkdaşlıq edir. Təbii ki, noyabrın 7-də bu partiyanın namizədinə səs verəcəm”.
Arif Əliyarov: “Mən əvvəlki seçkilərdə də YAP-dan başqa hansısa partiyanın namizədinə səs verməmişəm, bu dəfə də belə olacaq”.
Teymur Hüseynov: “Mən 5 il əvvəl də YAP-ın Sədr müavini Əli Əhmədova səs vermişəm, yenə də ona səs verəcəm”.
Fidan İbrahimova: “YAP-ın namizədindən çox razıyam. ötən beşillikdə bir deputat kimi etimadımızı doğruldub”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1143 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30