YAP cəmiyyətin ən intellektual təbəqəsini öz ətrafında birləşdirir
19.10.2010 [09:21]
Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədlərinin seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən biri də dünən Sumqayıt şəhəri 10-cu mikrorayon, 4 saylı binanın qarşısında baş tutub. YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Muxtar Bahadur oğlu Babayevin həmin ərazidə yaşayan seçicilərlə görüşü öz möhtəşəmliyi və izdihamı ilə xüsusi olaraq yadda qalıb. Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev açıb. Hazırda ölkəmizin sürətlə inkişaf etdiyini deyən şəhər təşkilatının sədri bu inkişafın heç də təsadüfi olmadığını əlavə edib: “ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır”.
Azərbaycanda noyabrın 7-də növbəti parlament seçkilərinin keçiriləcəyini deyən Asif İmaməliyev hakim Yeni Azərbaycan Partiyasının bu seçkilərə mütəşəkkil şəkildə qatıldığını söyləyib. Artıq partiyanın millət vəkilliyinə namizədlərinin seçicilərlə görüşlərə başladıqlarını bildirən şəhər təşkilatının sədri, eyni zamanda, Muxtar Babayev haqqında görüş iştirakçılarına geniş məlumat verib: “Babayev Muxtar Bahadur oğlu 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi bitirib və həmin il Moskva Dövlət Universitetinə daxil olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İqtisadi Əməliyyatlar İdarəsində şöbə rəisi, sonradan isə həmin idarənin rəis müavini vəzifəsində çalışıb. 2003-2006-cı illərdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan isə rəis vəzifəsində çalışıb. 2007-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ARDNŞ-in Ekologiya üzrə vitse-prezidenti vəzifəsinə, 2010-cu ilin aprel ayında isə ARDNŞ-in “Azərikimya” İstehsal Birliyinin Baş direktoru vəzifəsinə təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var”.
Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd kimi məhz Muxtar Babayevi seçməsinin heç də təsadüfi olmadığını da əlavə edib: “Daha doğrusu, bu vaxta kimi bir sıra mühüm vəzifələrdə çalışan Muxtar Babayevin daim özünü doğrultması və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməsi onun bir millət vəkili kimi də fəal olacağını deməyə əsas verir. Heç şübhəsiz, hakim partiya da onun namizədliyini irəli sürərkən məhz bu amilləri nəzərə alıb. Odur ki, Sumqayıt seçiciləri noyabrın 7-də YAP-ın millət vəkilliyinə namizədi Muxtar Babayevə səs verməlidirlər”.
çıxış üçün söz alan namizədin vəkili, gənc yazar İbrahim İlyaslı 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Muxtar Babayevin millət vəkilliyinə namizəd göstərilməsinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edib: “Mən həm öz adımdan, həm də 43 saylı Sumqayıt üçüncü seçki dairəsində yaşayan və dövlətçiliyi dəstəkləyən sumqayıtlı seçicilər adından hakim Yeni Azərbaycan Partiyasına minnətdarlıq edirəm ki, məhz Muxtar Babayevin namizədliyi irəli sürülüb. Bununla bir daha sübut olundu ki, YAP hər zaman xalqı düşünür və millət vəkilliyinə namizədlərin müəyyən edilməsi zamanı da xalqın maraqları nəzərə alınıb. çünki Muxtar Babayev öz əməli fəaliyyəti ilə qısa vaxt ərzində biz sumqayıtlıların sevgi və rəğbətini qazanıb. İnanırıq ki, o, noyabrın 7-də keçiriləcək seçkilərdə qalib gələcək və bizləri parlamentdə təmsil edəcək”.
Namizədin digər vəkilləri də seçiciləri Muxtar Babayevə səs verməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən Muxtar Babayev deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir: “Partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər dövlət başçısının siyasətini tam dəstəkləyir. Bütün bunlar partiyamızın uğurlarını şərtləndirən əsas amillərdir. Bu gün Azərbaycanda 50-yə qədər siyasi partiya fəaliyyət göstərir. Amma onların sosial dayaqları çox zəifdir. YAP isə cəmiyyətin ən intellektual təbəqəsini öz ətrafında birləşdirir”.
Daha sonra öz platforması barədə seçicilərə məlumat verən namizəd millət vəkili seçiləcəyi təqdirdə Sumqayıtın abadlaşdırma işləri, həmçinin, gənclər və idman sahəsində aşağıdakı məsələlərin həllinə nail olmağa çalışacağını bildirib: “Millət vəkili seçiləcəyim təqdirdə Sumqayıtın abadlaşdırma işlərində yaxından iştirak etmək, idmanın inkişafını dəstəkləmək, həmçinin, Sumqayıt gənclərini və yeniyetmələrini idmana cəlb etmək üçün şərait yaratmaq, Sumqayıt futbol məktəbinin inkişafına dəstək olmaq və respublikamızın yığma komandasında ölkəmizi təmsil edən peşəkar futbolçuların yetişdirilməsinə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.
Görüşdə çıxış edən seçicilər noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədi Muxtar Babayevə səs verəcəklərini bildiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

