Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Siyavuş Novruzov: 31 saylı dairədə heç kimin namizədliyini dəstəkləmirik

Siyavuş Novruzov: 31 saylı dairədə heç kimin namizədliyini dəstəkləmirik

23.10.2010 [11:01]

“Yeni Azərbaycan Partiyasının (YAP) 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədi yoxdur və biz həmin dairədə heç kimin namizədliyini dəstəkləmirik”. Hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov “Media forum”a belə deyib. YAP və MSK-nın açıqladığı rəqəmlər arasında ziddiyyət haqda “Media forum”un sualını cavablandıran Siyavuş Novruzov bildirib ki, artıq hakim partiya məsələ ilə bağlı dairə seçki komissiyalarına məktub göndərib: “Məktubda həmin şəxslərin adlarının qarşısından YAP üzvü olmalarına dair məlumatın yığışdırılması xahiş edilib. Artıq o adamlardan bir qrupu YAP sıralarından xaric olunub, belələrinin sayı 3 nəfərdir. Bir hissəsi isə bitərəf kimi seçkiyə qatılsalar da siyasi mənsubiyyətlərini YAP üzvü olaraq göstəriblər ki, bu da yolverilməzdir və onların YAP üzvü kimi təqdim edilməsinə son qoyulacaq”.
Siyavuş Novruzov ATƏT-in müşahidə missiyasının seçkiqabağı vəziyyətlə bağlı açıqladığı aralıq hesabatına da münasibət bildirib və hesabatla razı olmadıqlarını söyləyib: “Azərbaycanda seçkiqabağı vəziyyət çox yaxşıdır, irəli sürülən namizədlərin əksəri qeydə alınıb. Qeydə alınmayan namizədlərin sənədləri isə qanunun tələblərinə uyğun olmayıb. Müxalifətdən kifayət qədər namizəd qeydə alınıb”.

Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30