Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədlərinə verəcəyimiz səslər ölkəmizin inkişafında əhəmiyyətli rol oynayacaq

YAP-ın namizədlərinə verəcəyimiz səslər ölkəmizin inkişafında əhəmiyyətli rol oynayacaq

23.10.2010 [11:04]

40 saylı Kəpəz ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Musa Quliyevin seçicilərlə görüşü keçirilib
7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası Gəncədə də uğurla davam edir. Oktyabrın 20-də Ələkbərbəy Rəfibəyli küçəsi, 16 saylı binanın qarşısındakı məhəllə klubunda YAP tərəfindən 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Musa İsa oğlu Quliyevin seçiciləri ilə görüş keçirilib. Tədbirdə ziyalılar, partiya fəalları, təbliğatçılar, gənclər, ərazinin sakinləri iştirak ediblər.
Toplantını giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq, parlament seçkilərinin, həmçinin, partiya namizədlərinin təbliğat-təşviqat kampaniyasının gəncəlilər üçün önəmli hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmiz dünya arenasında nüfuzlu dövlətlər sırasına çıxıb.
ölkə rəhbərinin diqqət və qayğısı doğma şəhərimiz Gəncənin də sürətli inkişafında parlaq təcəssümünü tapıb. Onlara göstərilən diqqət və qayğıdan hər zaman ruhlanan Gəncə sakinləri daha da irəli getmək, nailiyyətlərini artırmaq, etimadı doğrultmaq niyyəti ilə əzmkarlıqla çalışır, hər bir sahədə yüksək göstəricilərə nail olurlar. Seçkilərin növbəti mərhələsi-təbliğat kampaniyası şəhərimizin qaynar həyatına yeni ahəng gətirib və keçirilən görüşlərdən hiss olunur ki, onlar bu tədbirlərə daha fəal, daha məsuliyyətlə qatılıblar. Bu ona görə belədir ki, daim xalqın mənafeyini düşünən Yeni Azərbaycan Partiyasının seçki proqramının hər bir müddəası, Vətənimizin inkişafına, qüdrətlənməsinə, insanların yaxşı yaşamasına yönəlib. Seçki Proqramı milli təhlükəsizliyimizin təmin olunmasını, qanunların icrasına dövlət nəzarətinin gücləndirilməsini, layiqli həyat standartlarının yaradılmasını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını və digər vacib məsələləri əhatə edir. Əlbəttə, bu sadəcə vədlər deyil. Yeni Azərbaycan Partiyasının namizədlərinə sizin verdiyiniz səslər məhz hər birimizin xoşbəxt taleyində, ölkəmizin tərəqqisində əhəmiyyətli rol oynayacaq.
Natiq partiyanın namizədi Musa Quliyevin tərcümeyi-halı, səmərəli fəaliyyəti, naliyyətləri haqqında geniş məlumat verib və bütün seçiciləri ona səs verməyə çağırıb.
Təbliğatçılardan Elman Məmmədov, Hüseyn Bəxtiyarov, Cavad Tağıyev çıxış edərək, bildiriblər ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası parlament seçkilərində “Güclü dövlət, yüksək rifah” devizi ilə iştirak edir, əsl məqsəd və məramını bu devizlə bildirir. Seçkilərdə daha çox namizədlə təmsil olunan partiyamıza rəğbətin artması xalqın arzu və istəklərinin real həyatda öz əksini tapmasıdır. Musa Quliyev seçicilərin etimadı ilə millət vəkili seçilməklə daha böyük işlər görəcək, inamımızı doğruldacaq.
Tədbirdə 500 nəfərədək seçici iştirak edib.

Paylaş:
Baxılıb: 1111 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30