Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur
23.10.2010 [11:07]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Heydər Əliyev prospekti-99/1 ünvanında seçicilərlə görüş keçirib. Seçiciləri salamlayan Əli Əhmədov onlarla görüşməkdən məmnun olduğunu bildirib. ötən beş il ərzində Milli Məclisdə qanunvericilik çərçivəsində deputat səlahiyyətlərini yerinə yetirdiyini deyən YAP Sədrinin müavini, həmçinin, seçicilərinin problemlərinin həlli ilə də məşğul olduğunu qeyd edib. O, vurğulayıb ki, həlli mümkün olan problemlərin aradan qaldırılmasına nail olunub: “Beş il ərzində Azərbaycan çox inkişaf edib, dövlətimiz, ordumuz xeyli güclənib, insanların rifahı yüksəlib. Bu müddətdə ölkəmizin dünya dövlətləri sırasında nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. 2005-ci ildən indiyə qədər ölkəmizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Bu inkişaf Nərimanov rayonunda da özünü göstərir. Əlbəttə, bu inkişaf və yüksəliş insanlara rahatlıq gətirir, onlara mənalı həyat bəxş edir. Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycanda görülən işlərin məqsədi insanlara xidmət etməkdir. Bizim məqsədimiz budur ki, dövlətimizin qüdrəti daha da artsın, insanların rifahı daha da yüksəlsin. Yeni Azərbaycan Partiyası bu prinsiplərlə seçkilərə gedir. Azərbaycanın inkişafı istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək və bunun üçün ciddi baza mövcuddur. Eyni zamanda, insanların dövlətçiliyimizə sədaqəti də bu baxımdan çox etibarlı bazadır”.
Seçkinin bir yarış olduğunu bildirən Əli Əhmədov hazırkı seçki kampaniyasında çoxsaylı namizədlərin iştirak etdiyini deyib. Onun sözlərinə görə, bəzi namizədlər insanlara çoxlu vədlər verirlər: “Xüsusilə müxalifət nümayəndələri insanlara yalan vədlər verirlər. Onlar 1992-ci ildə belə vədlər verərək hakimiyyətə gəldilər. O zaman Azərbaycanın yollarını qızıldan edəcəklərini deyənlər bir il ərzində hər şeyi dağıtdılar, ölkəni viran qoyub qaçdılar. Vəd verənlər deyirlər ki, maaşları, təqaüdləri bir neçə dəfə artıra bilərik. Azərbaycan hakimiyyəti çox düşünülmüş siyasət həyata keçirərək maaş və təqaüdləri tədricən artır. çünki biz dövlətimizin, övladlarımızın sabahını düşünürük. Bunun üçün Dövlət Neft Fondu yaradılıb. Dövlətimiz çalışır ki, gələcəkdə də onun vətəndaşları yaxşı yaşasın. Artıq bu gün Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. 1993-cü ildən indiyə qədər Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1993-cü ildə büdcəmiz 500 milyon dollar idisə, indi bu göstərici 15 milyard dollara çatıb. Yəni bu inkişaf indiki hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində baş verib. Dövlət büdcəsinin 50 dəfə artması mücərrəd anlayış deyil, bu, yeniləşən, müasirləşən ölkəmiz, quruculuq işləri, əhalinin rifahının yüksəlməsi deməkdir. Əlbəttə, bizim “ölkəmizdə heç kimin problemi yoxdur” demək fikrimiz yoxdur. Amma gələcəyə nikbin baxırıq. Hər il insanlar üçün əvvəlki illərdən yaxşı olur. Bizim əsas nemətimiz ölkəmizdəki sabitlik, əmin-amanlıqdır. Yaxın-uzaq ölkələrdəki problemləri izləyirsiniz, amma Azərbaycanda belə problem yoxdur. Bu gün Azərbaycan vətəndaşı özünün təhlükəsizliyinə əmindir. Bütün bunları Heydər Əliyev siyasətinin nəticəsində əldə etmək mümkündür. Ona görə də, Azərbaycanda bu siyasətin alternativi yoxdur. Bizim ölkəmiz üçün ən böyük sərvət onun insanlarıdır, təbii və digər sərvətlər məhz insanlar üçün istifadə olunmalıdır”.
Əli Əhmədov bildirib ki, YAP seçkilərə böyük inamla gedir. Onun sözlərinə görə, partiyanın seçki proqramında dövlətimizin güclənməsi və əhalinin rifahının daha da yüksəlməsi prinsipləri geniş əksini tapıb: “Bu istiqamətdə xeyli iş görülüb, amma qarşımızda da böyük vəzifələr dayanır. Növbəti beş ildə daha böyük işlər görmək əzmindəyik, çünki bunun üçün imkanlar da artıb. Əgər noyabrın 7-də seçki günü yenə də mənə səs versəniz, etimadınızı layiqincə doğrultmağa çalışacağam”.
Görüş zamanı çıxış edən seçicilər də noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. Seçicilərdən Miri Həsənov bu məhəllədə yüzlərlə seçicinin yaşadığını deyərək onların səsvermədə iştirak edəcəklərini qeyd edib: “Biz deputatımızdan xeyli razıyıq, Əli Əhmədov YAP Sədrinin müavinidir və Heydər Əliyev ideyalarına sadıq insandır. Bu gün YAP Sədri, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf Nərimanov rayonunda da özünü göstərir. Bizim yaşadığımız binalar da əsaslı təmir olunub. Prezident İlham Əliyevin ətrafında birləşən insanlar bu siyasətin uğurla həyata keçirilməsində yaxından iştirak edirlər. Biz kimin nə işlər gördüyünü yaxşı bilirik. Ona görə də, yenə də deputatımız Əli Əhmədova səs verəcəyik”.
Digər bir seçici Vaqif Mehdiyev isə deyib ki, bir çox namizədlər xeyli vədlər verirlər: “Amma Əli Əhmədov vəd vermir, öz fəaliyyəti ilə nə qədər işlər gördüyünü sübut edib. Biz yenə də ona səs verəcəyik”.
Onun sözlərinə görə, deputatın fəaliyyəti yol çəkmək, evləri qazla təmin etmək deyil, ölkəmizin inkişafı üçün qanunlar qəbul etməkdir. Amma deputatımız insanların sosial problemlərinə də diqqətlə yanaşır, onların həllinə kömək edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

