/ / Yeni Azərbaycan Partiyası ölkəmizdə qazanılan nailiyyətlərə əsaslanaraq bu seçkilərə inamla gedir
Yeni Azərbaycan Partiyası ölkəmizdə qazanılan nailiyyətlərə əsaslanaraq bu seçkilərə inamla gedir
27.10.2010 [10:15]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, “Həsənoğlu-2” ünvanında seçicilərlə görüşüb. Seçiciləri salamlayan Əli Əhmədov onlarla növbəti dəfə görüşməkdən məmnun olduğunu bildirib. YAP Sədrinin müavini ölkəmizdə noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı ciddi aktivlik müşahidə olunduğunu bildirib. Seçkilərdə bir çox namizədlərin mübarizə apardığını deyən Əli Əhmədov ölkəmizdə demokratik seçki praktikasının təkmilləşdiyini vurğulayıb: “Artıq seçkilər ölkəmizin daim təkrarlanan hadisəsinə çevrilib. Bu seçkilərdə insanlar öz mövqelərini sərbəst şəkildə ortaya qoyurlar. ümumiyyətlə, ölkəmizdə bir seçki ənənəsi formalaşıb. Bu da Azərbaycanda demokratiyanın və siyasi inkişafın təzahürüdır”.
Əli Əhmədov ötən beş ildə Milli Məclisdə 19 saylı Nərimanov birinci seçki dairəsinin seçicilərinin səlahiyyətli nümayəndəsi olmağından məmnunluğunu ifadə edib: “Bu müddətdə Azərbaycan Konstitusiyasına uyğun olaraq Milli Məclisin deputatı kimi fəaliyyət göstərmişəm. Eyni zamanda, mənə etdiyiniz müraciətlərin əksəriyyətini həll etmişik. Bu, mənim deputat kimi üzərimə düşən vəzifədir. 40 min nəfərdən çox seçicisi olan bu dairədən mənə çoxsaylı müraciətlər edilirdi. Əgər növbəti seçkilərdə bir daha mənə etimad göstərsəniz bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm”.
O, bildirib ki, YAP Azərbaycanda əldə olunan nailiyyətlərə, insanların ölkəmizdə aparılan siyasəti yüksək qiymətləndirməsinə əsaslanaraq bu seçkilərə inamla gedir. YAP Sədrinin müavini qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda çox böyük dəyişikliklər baş verib.
Əli Əhmədov Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən siyasət haqqında da seçicilərə ətraflı məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edir: “Məqsəd odur ki, hər bir vətəndaşın, hər bir ailənin güzəranı daha da yaxşılaşsın. Həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün bölgələrində abadlıq, quruculuq işləri həyata keçirilir, yeni yollar, körpülər tikilib istifadəyə verilir. Təsadüfi deyil ki, ölkəmiz Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir. Eyni zamanda, insanların əməkhaqları, təqaüdləri, sosial müavinətləri tədricən artırılır. Kimsə əməkhaqlarının bir neçə dəfə artırılmasını vəd edirsə, bu həqiqətdən tamamilə uzaqdır. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət uzun müddətə hesablanıb və bunun nəticəsində də ilbəil əhalinin rifahı daha da yüksələcək”.
YAP Sədrinin müavini bildirib ki, bəzi deputatlığa namizədlər seçicilərə mümkün olmayan vədlər verirlər: “Bəziləri iddia edirlər ki, əməkhaqlarını, təqaüdləri 3-4 dəfə artırmaq mümkündür. Bu, real deyil. çünki neft gəlirlərinin hamısı indi insanlara əməkhaqları, təqaüdlər halında paylansa, onda ölkəmizin gələcəyi üçün problemlər ola bilər. Bilirsiniz ki, neftin qiyməti dəyişkəndir. Xatırlayırsınızsa, 2008-ci ildə neftin qiyməti 150 dollara qədər artdı, amma bundan bir neçə ay sonra kəskin azalaraq 38 dollar səviyyəsinə endi. Belə olan halda, məvacibləri bir neçə dəfə necə artırmaq mümkündür? Qiymət yüksələndə əməkhaqlarını artırıb, qiymət enəndə deməliydik ki, əməkhaqları endiririk? Yəni demək istəyirəm ki, belə fikirləri söyləyənlərin heç bir əsası yoxdur. Biz dövlətimizin, övladlarımızın gələcəyini düşünürük. Dövlət böyük bir ailədir. Ağıllı dövlət ağıllı ailə başçısı kimidir, o özünün sabahını düşünməlidir. Bu dövlət ölkənin gələcəyini düşünür və buna borcludur. Onsuz da hər şey bu millət üçün edilir, amma ağılla, gələcəyi düşünərək neft gəlirlərindən istifadə edilməlidir ki, dövlətimiz də bunu edir. Azərbaycan hökuməti realist siyasət həyata keçirir. Heç bir seçkidə YAP vətəndaşların səsini qazanmaq naminə həyata keçirilməsi mümkün olmayan vədlər vermir. Biz fəaliyyətimizdə reallığı üstün tuturuq. Bu siyasət uğurludur, insanlara fayda verir və onlara xidmət edir”.
Əli Əhmədovun sözlərinə görə, deputat olmaq istəyənlər 40 min seçiciyə layiq olmalıdır: “Bəzi namizədlər seçicilərə vəd verir ki, hər gün sizin yanınızda, evinizdə olacam. Nəzərə alsaq ki, 5 ildə 1500-dən artıq gün var, onda hər gün 10-a qədər evə baş çəkmək lazım gələcək. Təbii ki, bu da real deyil. Əslində, deputatın hər gün seçicilərin evinə getməsinə ehtiyac yoxdur, bundansa deputat həmin insanlar üçün çalışmalıdır. Deputat olmaq istəyənlər müvafiq dairə ərazisində yaşayan 40 min seçiciyə layiq olmalıdır. Bu baxımdan deyə bilərəm ki, YAP-ın irəli sürdüyü insanlar cəmiyyətdə tanınmış, layiqli insanlardır. 10-15 il ərzində özünə iş tapa bilməyənlər insanları necə təmsil edə bilərlər, onların hüquqlarını necə qoruyacaqlar?”.
çıxışının sonunda Əli Əhmədov seçiciləri seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov seçiciləri partiyanın namizədi Əli Əhmədova səs verməyə çağırıb. O, bildirib ki, YAP bütün fəaliyyətini dövlətimizin inkişafına həsr edib: “Nərimanov rayon sakinləri də öz dövlətini sevən, ona sadiq olan insanlardır. ötən 5 ildə Əli Əhmədov sizi parlamentdə layiqincə təmsil edib. Hesab edirəm ki, siz də onun layiqli seçicilərisiniz”.
Görüşdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. Seçici İman İmanov millət vəkili kimi Əli Əhmədovun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib: “Yaşadığımız bina Əli Əhmədovun sayəsində sənədləşdirilib, biz burada qeydiyyata alınmışıq. Bu köməyi heç vaxt unutmarıq. Bu dairədən başqa namizəd də tanımırıq. Hamımız bir nəfər kimi 7 noyabrda YAP Sədrinin müavini Əli Əhmədova səs verəcəyik”.
Digər bir seçici Yaşar Vahabov 2005-ci ildə də Əli Əhmədova səs verdiyini xatırladıb. Onun sözlərinə görə, Əli Əhmədov bu müddətdə əsl millət vəkili kimi özünü təsdiq edib: “Bu gün bütün Azərbaycan, o cümlədən, Nərimanov rayonu da yüksək inkişaf edir. Bu gün YAP dünyada böyük nüfuza malik olan partiyadır. Biz YAP Sədrinin müavini kimi Əli Əhmədovun ölkəmizi xaricdə necə təmsil etdiyini də görürük. Bu baxımdan demək istəyirəm ki, 19 saylı dairənin deputat seçmək kimi problemi yoxdur. Biz hörmətli Əli müəllimə səs verəcəyik və o da bizim deputatımız olacaq”.
Seçici Elxan Mansurov isə ötən beş ildə Əli Əhmədovun seçicilərə layiqincə xidmət etdiyini vurğulayıb: “Bizim yaşadığımız bu binanın sənədləşdirilməsində göstərdiyi xidmətə görə, bir daha Əli müəllimə təşəkkür edirik. Eləcə də, onun səyləri nəticəsində həyətimizdə xeyir-şər evi tikilib istifadəyə verildi. Buna görə də, burada yaşayan insanlar millət vəkilimizə minnətdarlıq edirlər. Biz istəyirik ki, bizim deputatımız həmişə Əli Əhmədov olsun”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

