Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədləri öz əməlləri, xidmətləri ilə xalqımızın sevgisini, dərin rəğbətini qazanıb

YAP-ın namizədləri öz əməlləri, xidmətləri ilə xalqımızın sevgisini, dərin rəğbətini qazanıb

29.10.2010 [09:16]

Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov Sabirabad rayonunun Cavad və Yolçubəyli kəndlərində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov seçicilərlə görüşlərini davam etdirir. Hakim partiyanın namizədinin Sabirabad rayonunda keçirdiyi görüşlər də yüksək seçici mütəşəkkilliyi və böyük anşlaqla keçib. Rayonun Cavad və Yolçubəyli kəndlərində baş tutan görüşü açıq elan edən YAP-ın Sabirabad rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Nadir Quliyev ilk olaraq, qeyd edib ki, hakim partiya bu parlament seçkilərinə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılıb. Bu isə o deməkdir ki, YAP hər zaman xalqının mənafeyini daim yüksəkdə tutub, öz siyasi yolunda bu mənafeyə əsaslanıb. Ona görə də, partiyanın bütün tədbirləri, qəbul etdiyi qərarlar cəmiyyətimiz, insanlarımız tərəfindən dəstəklənir, yüksək qiymətləndirilir. Partiyanın fəaliyyətinə verilən yüksək qiymət isə bu günədək keçirilmiş bütün seçkilərin nəticələrində öz təsdiqini tapıb. O əmin olduğunu bildirib ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP öz tarixi inkişaf yolunda növbəti parlaq qələbəsini qeyd edəcək: “Buna hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin vətəndaşlarımız tərəfindən bəyənilməsi və dəstəklənməsi, xalqımızın YAP-a olan sevgisi, partiyamızın irəli sürdüyü namizədlərin böyük potensiala sahib olmaları və cəmiyyət tərəfindən tanınması imkan verir”.
Millət vəkilliyinə namizəd Əhliman Əmiraslanovun vəkilləri akademikin tərcümeyi-halı haqqında geniş məlumat veriblər. Bildirilib ki, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov 1947-ci il Qərbi Azərbaycanda anadan olub. 1965-ci ildə kənd orta məktəbini qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək 1974-cü ilə kimi Bakı şəhər onkologiya klinikasının cərrahiyyə şöbəsində əvvəl ordinator, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası ümumittifaq Onkoloji Elmi Mərkəzinin /üOEM/ nəzdindəki aspiranturaya daxil olub. 1977-ci ildə aspirantura müddəti başa çatmamış “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb, aspiranturanı qurtardıqdan sonra üOEM-də kiçik elmi işçi, baş elmi işçi, professor kimi 1992-ci ilə kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Tibb Universitetinin rektorudur. Tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, dünya şöhrətli cərrah - onkoloq, Əməkdar elm xadimidir. Vurğulanıb ki, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov öz əməli, fəaliyyəti, xidmətləri ilə bütün xalqımızın sevgisini, dərin rəğbətini qazanıb: “Əgər siz Milli Məclisdə yüksəkixtisaslı, beynəlxalq elm aləmində tanınan və hər zaman Azərbaycan xalqının, Azərbaycan adlı Vətənin xoşbəxtliyini düşünən, eyni zamanda, Sabirabad rayonunun problemləri ilə yaxından maraqlanan və onların həlli üçün bütün imkanlarından istifadə edən nüfuzlu, himayədar bir millət vəkili görmək istəyirsinizsə, Əhliman Əmiraslanova səs verin”.
Sonra çıxış edən namizədin vəkili professor İbadulla Ağayev Əhliman Əmiraslanovun əzmkar, himayədar, ləyaqətli, insanpərvər, mətin, alicənab, nüfuzlu bir şəxs olduğunu söyləyərək, akademikin bir alim, pedaqoq, məşhur həkim kimi bütün dünyada dərin hörmət və ehtiramla qarşılandığını, onun elmi fəaliyyətinin bu gün də aktual araşdırma mövzusu olduğunu vurğulayıb. Bundan başqa, natiq qeyd edib ki, o, yaxşı təşkilatçı kimi də özünü doğruldub. Onun rəhbərlik etdiyi Azərbaycan Tibb Universiteti bu gün nəinki ölkəmizin, hətta regionun ən böyük və inkişaf etmiş təhsil müəssisələrindən biridir. Əhliman müəllimin tələbələri dünyanın müxtəlif ölkələrində Azərbaycanı ləyaqətlə təmsil edirlər. Əhliman müəllim, həm də çox savadlı, bacarıqlı, yüzlərlə insana şəfa vermiş, həyat vermiş dəyərli həkimlərimizdəndir: “Əhliman müəllim, həm də alicənab insan, əsl vətənpərvər, həqiqi ziyalıdır. Əhliman müəllimin bir üzü, bir sözü, bir əqidəsi var. Əqidəsi düz, sözünə bütövdür. Mən əminəm ki, o sizləri Milli Məclisdə ən yüksək səviyyədə təmsil etməklə bərabər, hər birinizin, bütövlükdə Saatlının problemlərinin həllində əlindən gələni əsirgəməyəcək”.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov isə çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Akademikin sözlərinə görə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb. “Bu uğurları mən çalışdığım sahələrdə də aydın görmək mümkündür. Bilirsiniz ki, son illərdə ölkəmizin elmi potensialını gücləndirmək, təhsilin səviyyəsini yüksəltmək üçün mühüm islahatlar həyata keçirilib. Azərbaycanın təhsil sistemi Avropanın təhsil sisteminə uyğunlaşdırılıb. ölkəmizdə ən müasir tələblərə cavab verən yeni təhsil müəssisələri, məktəblər inşa olunub. Mən tam səmimi olaraq, deyə bilərəm ki, bu gün Azərbaycanda çox savadlı, bacarıqlı kadrlar yetişməkdədir. Eyni inkişafı səhiyyənin dirçəlməsində də görürük. Bu sahənin inkişafı üçün cənab Prezidentin rəhbərliyi ilə çox böyük addımlar atılıb. Hər bir bölgədə müasir tələblərə cavab verən mükəmməl tibb ocaqları, diaqnostika mərkəzləri, yeni xəstəxanalar tikilərək insanlarımızın istifadəsinə verilib. Bu işlərin həyata keçirilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın da rolu danılmazdır. Bunlar isə təbii ki, yalnız bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşı daha yaxşı yaşasın, daha yaxşı təhsil alsın, daha sağlam olsun və dövlətçiliyimizin keşiyində daha fəal dayana bilsin”.
Daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən akademik Əhliman Əmiraslanov deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: “Bu, bir millət vəkili kimi mənim əsas işlərimdən biri olacaq. Təbii ki, seçicilərimin problemlərinin həlli də ən çox vaxt sərf etdiyim iş olacaq. Mən daim müstəqil Azərbaycanın və onun qədim rayonlarından olan Saatlının, Sabirabadın, Kürdəmirin ən aktual problemlərinin həllinə çalışmaqla yanaşı, sizin hər birinizin qayğı və ehtiyaclarına əməl olunması üçün əlimdən gələni edəcəyəm”.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1237 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30