YAP Gədəbəy rayon təşkilatında gənc fəallarla görüş keçirilib
19.05.2022 [11:24]
Görüşdə Yeni Azərbaycan Partiyası Gədəbəy Rayon Təşkilatının sədri, Rüstəm Nağıyev bildirib ki Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
R. Nağıyev bildirib ki, hazırda Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad edilməsində mühüm rol oynadılar.Qazanılmış parlaq zəfər ölkəmizin qarşısında yeni imkanlar açır. Bu baxımdan, Azərbaycan gəncliyinin qarşısında da vacib vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirilməsi Yeni Azərbaycan Partiyası Gədəbəy rayon Təşkilatının gələcək fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.
“10 may Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü” münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənclər fəxri fərmanlarla təltif olunub.
Sonra görüş YAP Gədəbəy rayon təşkilatının iclas zalında gənclərin iştirakı ilə davam etdirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov bildirdi ki,tarixi zərurət nəticəsində yaranan partiya çox qısa müddətdə Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan YAP Gədəbəy rayon təşkilatının sədrinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak edirlər.
Görüşdə Vətən Müharibəsi iştirakçısı YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Rövşən Qasımov 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan gənclərinin böyük vətən sevgisini nümayiş etdirdiyini, döyüş meydanında həm də arxa cəbhədə, informasiya müharibəsində fəallıq nümayiş etdirdiklərini bildirib.
Çıxış edənlər- Gədəbəy rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi fəal gənc Şahzadə Qəhrəmanlı , şəhər 1 saylı məktəb ərazi partiya təşkilatının sədri Şəfəq Həsənova, Kommunal Müəssisələri Kombinatı ərazi partiya təşkilat sədri Elşad Quliyev, Mədəniyyət ərazi partiya təşkilatının sədrinin müavini gənc fəal Ərşad Hüseynov da ölkənin inkişafında gənclərin rolunu xüsusi vurğulayıblar.
Diskussiya şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35

