Azərbaycan dünyada etibarlı tərəfdaş olduğunu hər zaman təsdiq edir
07.06.2022 [17:09]
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq müstəvidə etibarlı tərəfdaş statusunu daha da gücləndirməkdədir. Xüsusilə, dünyada və yaxın regionumuzda baş verən proseslər fonunda Avropanın enerji təhlükəsizliyi qlobal çağırışa çevrilib. Belə bir dönəmdə Azərbaycan yenə də dünyanın diqqət mərkəzinə çevrildi.
Məlumdur ki, bugünlərdə paytaxtımız Bakı şəhəri mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.
Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Sərginin açılış mərasimində Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı Cənub Qaz Dəhlisi layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan tranzit ölkə kimi də beynəlxalq birliyin diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı transmilli nəqliyyat və logistika şirkətlərinin görüşmək, müzakirələr aparmaq üçün Bakını seçmələri, eləcə də region dövlətlərinin ölkəmizlə nəqliyyat məsələlərini intensiv şəkildə müzakirə etmələri və sənədlər imzalamaları heç də təsadüfi deyildir. Son vaxtlar müşahidə edilən geosiyasi gərginliklər, xüsusən Rusiya-Ukrayna müharibəsi regionun nəqliyyat və logistika xəritəsinin yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Müharibə səbəbindən Ukraynanın Qara dəniz limanlarının və Rusiyadan keçən marşrutların təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Bu kimi səbəblərə görə də daşıma və logistika xidmətləri göstərən transmilli şirkətlər daha etibarlı və təhlükəsiz marşrutlar axtarışındadırlar. Belə bir şəraitdə nəzərlər yenə də əlverişli coğrafi mövqedə yerləşən Azərbaycana yönəlib. İndiki geosiyasi reallıqlar fonunda ölkəmizin tranzit daşımaları üçün cəlbediciliyini artıran amillər isə kifayət qədər çoxdur. Siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı və digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Beləliklə, Avropanın yenə də Azərbaycanın dəstəyinə ehtiyacı var. Dövlətimiz isə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiq etməyə hazırdır. Şübhəsiz ki, bu mövqe milli və dövlət maraqlarımızın prioritetlərinə əsaslanır!
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

