Ulu Öndərin qurtuluş missiyası
12.06.2022 [10:26]
Azərbaycan xalqının taleyində böyük ,siyasi və tarixi əhəmiyyəti olan unudulmaz günlər çoxdur. Bu günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən artıq 29 il ötür. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
29 il öncə Azərbaycanın dövlətçilik tarixi böyük bir faciəni adladı. Səriştəsiz rəhbərliyin səhvləri ucbatından ölkə çox ağır bir vəziyyətə düşmüşdü. Siyasi çəkişmələr, xarici düşmənlərin aramsız dağıdıcı fəaliyyəti Azərbaycanı məhv olmaq həddinə gətirmişdi. Azərbaycan xalqı həmin anda ölkənin inkişaf yolunu Heydər Əliyevin simasında görür və ona müraciət edərək onu Bakıya dəvət edir.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi dəhşətli hadisələrdən, bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl çox önəmli olan cəmiyyəti naşı siyasətçilərinəlindən qurtardı. Tədricən, qanuni əsasla dövlətə rəhbərliyi ələ alaraq, xalqın gələcəyini xilas etdi. Bu qurtuluşun tarixi əhəmiyyəti çox qiymətlidir. Heydər Əliyev ağıllı, təmkinli və dəqiq hesablanmış addımları ilə xalqa ümid verdi.
Ulu öndər Heydər Əliyev öz praktiki fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir xəttə çıxardı. Heydər Əliyev isə harada olmasından asılı olmayaraq, bir qəhrəmanlıq, yüksək zəka sahibi olmaq və dövlətçiliyə tam sadiq qalmaq nümunəsi idi.
1993-cü il iyunun 15-də Azərbaycanın müstəqil dövlətçiliyi üçün çox böyük əhəmiyyəti olan bir təhlükədən də tədricən qurtulmaq prosesi baş tutdu. Heydər Əliyev öncə ordunu intizamsızlıqdan qurtardı. Nizami ordu olmasa, ərazinin bütövlüyünün bərpası mümkün olmazdı. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu kursu çox perspektivlidir. İndi Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Azərbaycanın qurtuluşu üçün olduqca böyük əhəmiyyəti olan başqa bir hadisə Ulu Öndərin siyasi varisliyi təmin etməsi oldu. Bu məqam siyasi olaraq ölkənin əsl qurtuluşu idi. İlham Əliyevin siyasi varis kimi yetişdirilməsi Azərbaycan dövlətçiliyinin başlıca qurtuluş məqamlarından biri kimi qəbul edilməlidir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qədirbilən xalqımız müstəqil dövlətçilik naminə 15 iyun – Milli Qurtuluş Gününü daha fərqli əhval-ruhiyyə ilə qeyd edəcəkdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

