Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir
05.07.2022 [11:10]
Tarix göstərdi ki, hər hansı bir dövlətin iqtisadi inkişafını təmin edən amillərdən biri onun dünya bazarına çıxışını təmin edən yollara malik olmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadiyyatının daha səmərəli olması üçün həyata keçirdiyi tədbirlər artıq silsilə şəklini almışdır. Artıq dünyanın bütün iqtisadçı ekspertləri bu fikirdədirlər ki, Azərbaycanda yaradılan Azad İqtisadi Zona Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyinə görə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Hətta proqnoz verilir ki, perspektivdə bu zona Qərbi Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir. Bu isə Avrasiyanın bütün ölkələrinin, xüsusən, Xəzəryanı dövlətlərin inkişafına özünəməxsus töhfələr verəcəkdir.
Azərbaycanın bütün Xəzəryanı ölkələrlə qarşılıqlı tərəfdaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı tarix birləşdirir. Bu prosesin sürətləndirilməsi və səmərəsinin artırılması üçün Xəzərin statusunun müəyyən edilməsi də vacib idi. Azərbaycan həmin məsələnin həllinin tezləşdirilməsində də öz köməyini heç bir zaman əsirgəməyib. Xəzər dənizində münaqişələrin qarşısının alınması ilə bağlı imzalanan sənəddə Xəzəryanı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstində qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirilib. Həmçinin terrorla mübarizədə də birgə fəaliyyət haqqında razılığın əldə olunması ciddi hadisədir.
Ölkə rəhbərliyi həmişə ədalətli, reallığa dayanan və beynəlxalq hüquq normalarına uyğun olan mövqeyi ilə bir çox təhlükəli münaqişələrin qarşısını alıb, diplomatik fəallıq və siyasi iradə nümayiş etdirərək ziddiyyətlərin aradan qaldırılmasına əhəmiyyətli töhfələr verib. Təsadüfi deyil ki, bəzi dövlətlər Azərbaycanın növbəti böyük uğurundan narahat olurlar. Onlar görürlər ki, Azərbaycan bütün istiqamətlərdə irəliləyir, onun geosiyasi nüfuzu artır, qlobal proseslərdə iştirakı daha da genişlənir və ona görə də narahat olmaya bilmirlər. Xatırladaq ki, Azərbaycanın Xəzəryanı ölkələrin hamısı ilə dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

