/ / Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır
Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır
25.07.2022 [10:37]
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir və bu əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq istiqamətində atılmış növbəti əhəmiyyətli addım iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”dur. İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən vacib məqam ondan ibarətdir ki, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq və Avropa İttifaqı bu memorandum vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürür. Çünki bu Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. 2023-cü ildən 12 milyard kubmetr və bir neçə il ərzində onun ötürücülük imkanının 20 milyard kubmetr göstəriciyə çatdırılması planlaşdırılır ki, bu da Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfədir.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində aparılan fəal əməkdaşlığın on beş ildən artıq tarixi vardır. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı, əsas ixrac bazarı və sərmayə qoyuluşu baxımından da ən vacib mənbələrdən biridir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Azərbaycan ilə Avropa İttifaqı arasında neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Ümumiyyətlə, enerji təhlükəsizliyi məsələləri bu gün olduqca vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlıq qurulmuşdur. Ölkəmizin nəhəng resurs ehtiyatları, yeni qaz yataqları, bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialı vardır ki, bu da Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Artıq külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanılmışdır. İlkin qiymətləndirməyə əsasən, azad olunmuş ərazilərimizdə günəş və külək enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində isə külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. İmzalanan Anlaşma Memorandumu vasitəsilə bu sahədə də əməkdaşlığımızın möhkəm təməlini qoyuldu. Ölkəmiz yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Anlaşma Memorandumu Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə də bu qəbildəndir. Bu onu deməyə əsas verir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində bir çox nailiyyətlər əldə edilmişdir. Həmçinin iyulun 19-da Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə iclası keçirilmiş və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir. Hazırda isə ikitərəfli əməkdaşlığın mühüm töhfələrindən biri olan Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdir ki, onun üzərində də iş aparılır.
Qeyd etdiklərimiz sübut edir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan bu memorandum ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Eyni zamanda Avropa İttifaqı da ölkəmizi daha etibarlı və etimad doğuran tərəfdaş kimi qiymətləndirir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan bu memorandum gələcək üçün yol xəritəsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağımıza əminik.
YAP Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

