Azərbaycanla Qazaxstan arasında diplomatik əlaqələr yeni mərhələdə
31.08.2022 [12:10]
Qloballaşma dövründə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma nəzərə çarpır. Bu sırada Qazaxıstanı da qeyd etməliyik. Dövlətlərarası qarşılıqlı münasibətlərin tarixi uzaq dövrü əhatə edir. Qazax və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Məlum repressiyalar zamanı on minlərlə azərbaycanlı Qazaxıstan torpağında sığınacaq tapıb. Bu gün 90 mindən çox azərbaycanlı Qazaxıstan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qazaxıstanda və Qazaxıstanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır ki, bu da iki tərəfli əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfərlər ərzində iki ölkə arasında bir çox sənədlər imzalanıb. İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinə səbəb olub.
24 avqust 2022-ci il tarixində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına səfəri çərçivəsində dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər. Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir.
Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Qazaxıstan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir.
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfələr verərək ümumi inkişafa zəmin yaradır.
Bu ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 161,4 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk beş ayında bu rəqəm 48,1 mln. dollar olub.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər bir daha təsdiqləyir ki, dövlətlərarası münasibətlər davamlıdır. Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq. Bu gün xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri fəal əməkdaşlıq edir və hər zaman bir-birini dəstəkləyir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun ən bariz nümunələrindən biridir. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və qardaşlığı daha möhkəmləndirəcək. Azərbaycan - Qazaxıstan münasibətləri tarixən dərin köklərə malikdir. 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında oldu və ölkəmizin haqlı mübarizəsini dəstəklədi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Qazaxıstan xalqları arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da daha inkişaf edəcək.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49

