Heydər Əliyev Azərbaycanın milli istiqlalının rəhbəri missiyasını şərəflə həyata keçirib
05.09.2022 [10:27]
Millətin özünə lider seçməsi onun tarix boyu qarşılaşdığı ən çətin problemlərdəndir. Acı təcrübələr göstərir ki, bir çox hallarda xalq da səhvlərə yol verir. Azərbaycan xalqının siyasi mütəfəkkiri və dövlət başıçısı Heydər Əliyevə qarşı aparılmış bütün ideoloji və fiziki qəsdlərin yeganə məqsədi məhz xalqımızın real gücünü məhv etməkdən ibarət olmuşdur.
Amma bu bir həqiqətdir ki, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Azərbaycanda da bu cür xoşbəxtliyin yüksək zirvəsinin fəthi məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Vətən, xalq yolundakı tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün xidmətlərin fövqündə dayanır.
Ümummilli lider Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil məhz onun Azərbaycan miqyasında ədalət, müdriklik və güclü hakimiyyət kimi dəyərlərin bir araya gətirməyi bacarmasıdır.
Heydər Əliyev dühasının qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuq və milli inkişaf yolu spesifik yönümdə, onun milli xüsusiyyətləri və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilmişdir.
XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı da üzləşdiyi faciələri məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında mətinliklə aradan qaldırmış, milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir.
1991-ci ilin 3 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir.
Çünki, XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Şübhəsiz belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Qısa zamanda Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Qarşıda duran əsas vəzifələrdən biri sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Ulu Öndər Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Daha sonra dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də, kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev Naxçıvanda ikən verdiyi tarixi qərarlardan biri də 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılması idi ki, bu da ölkənin bugünki inkişafında mühüm rol oynamışdır.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa dövrdə özünü göstərdi. Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi.
Bu gün də həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.
Bu bir həqiqətdir ki, tarix bizi Azərbaycan dövlətçiliyinin monolit fundamentinin qoyulduğu illərdən nə qədər artıq ayırırsa, Heydər Əliyev siyasi kursunun dəyəri, qiyməti azalmır, əksinə bir o qədər artır və bu da tamamilə təbiidir. Çünki, Heydər Əliyev heç vaxt nəzərləri keçmişə zillənən siyasətçilərdən olmayıb, onun siyasi irsi tamamilə gələcəyə istiqamətlənmişdir.
Bir sözlə, Azərbaycan var olduqca xalqın milli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
NATİQ Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59

