Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib
06.09.2022 [10:54]
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Qurumla ölkəmiz arasında əlaqələr müxtəlif istiqamətlərdə uğurla inkişaf edir ki, bu baxımdan enerji amilini xüsusi qeyd etməliyik. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Dövlət başçısı İlham Əliyevin avqustun 31-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə, Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bu kimi məqamlara bir daha aydınlıq gətirildi.
Ölkəmizin iştirakçısı olduğu, ən əsası regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə beynəlxalq miqyas alması, coğrafiyasını genişləndirməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Cənub Qaz Dəhlizinə dair Birgə Bəyannamə ölkəmizin Avropa üçün önəmini nümayiş etdirdi. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” özündə bütün məqamları ehtiva edir. Belə ki, münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqına üzv dövlətlər üstünlük təşkil edir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq Bəyannamələrini imzalayıb. Bu o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbiri ilə strateji tərəfdaşlıq formatı yaradıb. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir.
Dövlət başçısı İlham Əliyev qeyd olunan çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən geniş bəhs etmişdir. Tarixən neft ölkəsi olan Azərbycanın qısa müddətdə qaz ixracatçısına çevrilməsi xüsusi olaraq diqqətə çatdırılmışdı. Azərbaycan reallaşdırdğı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmiz enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında bu məqam bir daha diqqətə çatdırıldı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini bildirərək sözügedən sənədi enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım kimi dəyərləndirmişdir. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Bura yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, yaşıl hidrogen daxildir.
Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

