Günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün təmin edilməsidir
06.09.2022 [11:06]
Azərbaycan 44 günlük İkinici Qarabağ müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın işğal dövründə Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından bəyan etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, həqiqətlərə ədalət prinsipi əsasında yanaşılsın. Dünyanın hüquq problemini yaşadığını rəsmi Bakı hər zaman bəyanatlarında ifadə etdi. Təəssüflər olsun ki, bəzi dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədərək işğalçı Ermənistana dəstək missiyasını yerinə yetirdilər. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi ilə dailm Azərbaycan dövlətinin narazılığına səbəb olurdu. Nəhayət, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində dünya güclərinin 30 ilə yaxın dövrdə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, dünyaya bir daha nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bəzən BMT qətnamələrinin 1-2 saat ərzində icrasını görürük. Amma Azərbaycan 30 il bu qətnamələrin icrasını gözlədi. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. İki ilə yaxın dövrdə bu reallıqların qəbulu istiqamətində səylər göstərilir.
Günümüzün reallığı budur ki, əksər dünya gücləri yeni reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Prezident İlham Əliyev 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumu çərçivəsində İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırarkən diqqəti hazırkı dövrdə müzakirə olunan yeni qlobal düzənə yönəldildi. Dövlət başçısı İlham Əliyev “Sizin ölkənizin mövqeyi nədən ibarət olacaq” sualına cavab olaraq vurğuladı ki, bu, bir çox məsələlərdən asılıdır. “Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? O da vurğulandı ki, yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, vəziyyətə nəzarət edirik: “Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük.” Dövlət başçısı İlham Əliyev bir daha diqqəti işğal dövrünə yönəldərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi: “Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.” Prezident İlham Əliyev dövlət maraqlarının hər şeydən üstün olduğunu, beynəlxalq hüquqa önəm verildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün təmin edilməsidir. Azərbaycan bunun üçün qarşı tərəfə sülh təklifini edib. Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin sayca 4-cü görüşü keçirildi. Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmaqda maraqlı olduğu reallıqlardan aydın görünür. Artıq iki ilə yaxındır ki, Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret addım atmaq istəmir. Bu da müxtəlif fikirlərin yaranmasına səbəb olur. Görünür, Ermənistan hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa ediləcəyini gözləyir. Azərbaycan dövləti hər zaman bunun mümkünsüzlüyünü bəyan edir. Sayca 4-cü Brüssel görüşündə də ATƏT-in Mİnsk qrupu ifadəsi dilə gətirilmədi. Artıq bu qurum arxivə atılıb. Azərbaycan dövləti Avropa İttifaqının vasitəçiliyindən məmnundur. ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası sülh müqaviləsinin imzalanmasına maneədən başqa bir şey ola bilməz. 30 illik işğal dövrü bunun təsdiqidir. Dünyanın hüquq problemini yaşaması münaqişəli məsələlərin ədalətli həllinə öz mənfi təsirini göstərir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

