Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Goranboy rayon təşkilatının VII konfransı keçirilib

YAP Goranboy rayon təşkilatının VII konfransı keçirilib

15.01.2011 [09:39]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının VII konfransı keçirilib. Konfransı giriş sözü açan YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova partiyanın yaranmasından, keçdiyi inkişaf yolundan danışıb: “Bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Onun fəaliyyətinin özəyində müstəqil dövlətçiliyə və milli maraqlara xidmət dayanır. Partiyamızın əsas qüvvəsi xalqın ona inamıdır. Biz bu gün böyük qürur hissi ilə və inamla deyə bilərik ki, respublikamızın qazandığı nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var”.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatının əsası 1994-cü ildə qoyulub. 1995-ci il yanvar ayının 14-də rayon təşkilatının təsis konfransı keçirilib. Hazırda YAP rayon təşkilatı özünün 5417 nəfər üzvünü 91 ilk partiya təşkilatında birləşdirir.
Tədbirdə gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub və iştirakçılar adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Konfransda YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP mərkəzi aparatının məsul işçisi Araz Xudadanov, millət vəkili Gülçöhrə Məmmədova, Goranboy rayon İcra Hakimiyətinin başçısı Nizaməddin Quluyev iştirak ediblər.
Fazil İSMAYILOV

Paylaş:
Baxılıb: 1163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30