Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq
21.09.2022 [11:48]
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Azərbaycanın müharibə təcrübəsi təqdir edilir, öyrənilməsi üçün dərsliklərə salınmasının vacibliyi beynəlxalq ekspertlər tərəfindən xüsusi vurğulanır. 44 gündə 30 ilin işğalına son qoymaq, ədaləti, beynəlxalq hüququ bərpa etmək, ən əsası dünya güclərinin edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etmək Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunu nümayiş etdirdi. Tarixi Zəfərimizdən sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, bu bəyanat səsləndirilməsin: Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.
Son iki ilə yaxın dövrün reallıqları göstərir ki, Ermənistan məğlubiyyəti ilə barışmır, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün təxribatlar törədir, atəşkəsi mütəmadi pozur. 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu qəbul etməyən təcavüzkar Ermənistan hazırkı postmünaqişə mərhələsində də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəliklərə əməl etmək istəmir. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribat da bunun təsdiqidir. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə sülh müqaviləsinin imzalanması üçün iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasının vacibliyini təsdiqləmişdi. Brüssel görüşündən sonra Ermənistanın atdığı addım onun müharibə planının açıqlanmasında yardımçı oldu. Bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Vladivostokun erməni icmasının nümayəndələri ilə görüşdə baş verəcək təxribatı anons etmişdi.
Dövlət başçısı İlham Əliyevin sentyabrın 16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında da əsas diqqət göstərdiyi məsələlərdən biri Ermənistan silahlı qüvvələrinin təxribat törətmələri oldu. Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini bir daha Sammit iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq.
Belə təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Dövlət başçısı İlham Əliyevin Səmərqənddə keçirdiyi görüşlərdə, xüsusilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayan Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribat əsas müzakirə mövzusu oldu. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsinin hər kəsi çox narahat etdiyini söyləyən Vladimir Putin bildirdi ki, əlaqələndirilmiş səylər sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin vəziyyət gərgin olaraq qalır.
Dövlət başçısı İlham Əliyev vurğuladı ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Artıq atəşkəs rejiminə riayət olunur: "Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq".
Azərbaycan atdığı hər addımında, səsləndirdiyi bəyanatlarda İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli sənədlərə sadiqliyini və Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

