/ / İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavuzünün nəticələrini görür
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavuzünün nəticələrini görür
11.10.2022 [11:33]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
“Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb.” Dövlət başçısı İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında onu da əlavə etdi ki, Qarabağ münaqişəsi yaşananda Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi?
İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Hər daşı, qayası tarix olan bu torpaqlarımız dağıdılıb, yerlı-yeksan edilib. 30 illik işğal dövründə ermənilər evləri, binaları kərpic-kərpic sökərək talançılıq törədiblər. Hətta bu ərazilərdəki qəbiristanlıqlar da dağıdılıb. Tarixi Zəfərimizdən sonra doğma yurd-yuvalarına qovuşan soydaşlarımız doğmalarının, valideynlərinin məzarlarını ziyarət etmək istədikdə qəbir daşlarının çoxunun məhv edildiyini və ya talandığını gördülər. Dünya görsün ki, bu illər ərzində necə vəhşi millətlə üz-üzə olmuşuq. Atılan bu addımlarının kökündə bir məqsəd dayanırdı: Bu torpaqlardan azərbaycanlılara aid bütün tarixi abidələri, ümumilikdə keçmişi silmək. Elə ona görə də işğalçılar qəsdən, bilərəkdən və planlı şəkildə təkcə evləri, məscidləri deyil, qəbirləri də dağıtdılar.
İşğaldan azad edilmiş ərazilərdə törədilmiş erməni vandalizmini bütün dünyaya göstərmək üçün silsilə tədbirlər keçirilir. Azərbaycanın yaratdığı milli platformanın məqsəd və məramı da işğal dövrünün bütün reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Forumda 44 ölkədən 130 nümayəndənin, ümumilikdə 400 nəfərdən çox iştirakçının hər biri həqiqətlərimizin təbliğinə öz tphfəsini verəcək. Onlar işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyəti yaxından görmək imkanı əldə ediblər. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da diqqəti bu məqamlara yönəltdi. “İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür” bildirən cənab İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, bu ərazilərimizə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Dövlət başçısı tədbir iştirakşılarına bu müraciəti səsləndirdi: “Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb.”
Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi üçün Ağdam şəhərinin məkan seçilməsi də təsadüfi deyil. Şəhər tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Prezident İlham Əliyevin çağırışlarla zəngin olan çıxışında bu məqam da xüsusi yer aldı. “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Ağdam işğal dövründə dağıdılıb: “Mən, həmçinin bizimlə birgə olduqlarına, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlarımıza, - Forumumuzda 40-dan çox ölkənin nümayəndələri iştirak edirlər, - minnətdarlığımı ifadə etmək istərdim.”
Bu reallığı da qeyd edək ki, Ağdama səfər edən xarici ekspertlər, jurnalistlər bu şəhərə “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adını vermişdilər. Bu gün digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, Ağdamda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dağıntılar müasir tikililərlə əvəzlənir. Forumu Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etdi ki, Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaq.
Bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrimizin, xüsusilə işğaldan azad edilmiş şəhərlərimizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün məkan seçilməsi qürurvericidir.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

