Praqa görüşü növbəti uğurumuzdur
13.10.2022 [14:53]
27 Sentyabr – 10 Noyabr 2020 tarixlərində baş verən 44 Günlük müharibə Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Ermənistan – Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi və beynəlxalq vasitəçilər münaqişənin həlli yolunda heç bir real uğur qazana bilmədilər. Ermənistanda Baş Nazir Nikol Paşinyanın başçılıq etdiyi qondarma inqilabi hökumətin Azərbaycana qarşı siyasi və hərbi təxribatlara başlayaraq onilliklər ərzində əldə edilmiş razılaşmalar və prinsipləri rədd etməsi ilə ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesi dalana dirəndi. Paşinyanın rəhbərliyi dövründə daha da artan gərginlik və ədavət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni bir dövrün – sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Lakin 44 günlük müharibənin nəticələri, şübhəsiz ki, Cənubi Qafqazın hüdudlarından kənara çıxır və alınan dərslər beynəlxalq ictimaiyyət üçün də aktualdır.
Ermənistanla Azərbaycan arasındakı münaqişə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün əsas təhdid təşkil edirdi. Bu münaqişə insanların əziyyət çəkməsinə və əhalinin bir yerdən başqa yerə köçməsinə səbəb oldu. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə baxmayaraq, Ermənistan işğalını davam etdirdi və bununla da beynəlxalq hüququn əsas prinsipini pozdu. Beynəlxalq ictimaiyyətin münaqişənin həllinə kömək etməklə bağlı acizliyi sülh prosesini çıxılmaz vəziyyətə saldı.
Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması üçün ictimayətin sülhə hazırlamaq Azərbaycana qarşı təbliğat aparmaqdan əl çəkmək demarkasiya və delimitasiya işlərinə başlamaq sülh prosesinə start vermək lazımdır. Nəticə etibarilə, Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin həlli üçün hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq ictimaiyyətin bu məsələyə dəstəyi son dərəcə vacibdir.
Praqada keçirilən 4 tərəfli görüş bir daha göstərdi ki, hələ də bəzi dövlətlər münaqişənin nizamlanmasını istəmirlər və yaxud razılaşmaya Ermənistanın xeyrinə bəzi müddəalar əlavə etməyə çalışırlar.
Ölkə Prezidentinin qətiyyətli, böyük hüquqi və siyasi bilgiyə malik olması sayəsində bu kimi cəhdlər nəticəsiz qaldı və Azərbaycanın milli maraqlarının qorunması motivi qəbul edilmiş bəyanatda öz əksini tapdı.
Əldə edilmiş nəticələrin məntiqi yekununu belə xarakterizə etmək olar: Praqa görüşləri də Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

