Azərbaycan–Qırğızıstan münasibətləri möhkəm təməl üzərində qurulub
14.10.2022 [12:27]
Möhkəm təmələ əsaslanan Azərbaycan–Qırğızıstan münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ötən müddət ərzində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və mənəvi köklərin mövcudluğu da mühüm təsir göstərib.
Qırğızıstanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlib ki,bu da , dövlət başçıları arasında danışıqlara və əməkdaşlığa yeni üfüqləri açır.
Qırğızıstan Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfəri zamanı iki ölkənin qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə çatıb. Bu barədə dövlət başçıları müvafiq Bəyannamə imzalayıblar. Bundan başqa, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən nadir mexanizm – dövlət başçılarının Dövlətlərarası Şurasının yaradılması barədə Memorandum imzalanıb. Regional və dünya siyasətində artıq çoxdan və uğurla fəaliyyət göstərən Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinin qurulması şübhəsiz, Qırğızıstan dövləti üçün olduqca böyük əhəmiyyətə malikdir.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində hər iki dövlətin fəal dəstəyi ilə bütün sahələrdə əməkdaşlıq getdikcə möhkəmlənib, əlaqələrin yeni səviyyəyə yüksəlməsini şərtləndirəcək bir sıra mühüm sənədlər imzalanıb. Bu gün Qırğız Respublikası Azərbaycanla geniş ticari-iqtisadi sahədə əməli əməkdaşlığın reallaşdırılması üçün geniş imkanlara malikdir. Ticarət əlaqələri iki ölkə münasibətlərinin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə oktyabrın 11-də Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında tərəflər arasında ticarət-investisiya əməkdaşlığından danışılarkən, Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun mühüm rolu da nəzərdən keçirilib.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Respublikamızın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin dost ölkəyə səfəri strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirilməlidir. Gələcəkdə qarşılıqlı münasibətlərin istiqamətlərinin nəzərdən keçirilməsi, həmçinin fəaliyyət parametrlərinin məzmun və xarakterini müəyyənləşdirmək baxımından belə görüçlərin mühüm önəm daşıyır.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

