/ / “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” mövzusunda tədbir keçirilib
“İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” mövzusunda tədbir keçirilib
14.10.2022 [23:33]
14 oktyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin akt zalında “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı”mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edtmişdilər.
Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” adlı film nümayiş olunmuşdur.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayev ilk dəfə Pirallahıda olduğunu qeyd edərək görülən abadlıq-quruculuq işlərindən heyranlığını dilə gətirmişdir. Pirallahı rayonun timsalında bütün Azərbaycan şəhər və kəndlərinin, o cümlədən işğaldan azad olunmuş Qarabağın çiçəklənməsinin şahidi olduğunu vurğuluyan natiq qeyd etmişdir ki, qazanılan bu intibah dövlətin dayanıqlı inkişafını təmin edən cənab İlham Əliyevin gərgin və fədəkar əməyinin nəticəsində əldə olunmuşdur. Dövlət başçısının ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər və ən nəhayət 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsini həll edilərək torpaqlarımızın işğaldan azad olunmasını söyləyən natiq, bütün dünya azərbaycanlılarının öz lideri ilə fəxr etdiyini vurğulamışdır.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında bildirmişdir ki, Azərbaycanda Sovet Konstitusion sistemindən imtina və hüquqi dövlətin başlanğıcı məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan 12 noyabr 1995-ci il Konstitusiyasından başlamışdır. Tam səmimiyyətlə Heydər Əliyev Konstitutiyası deyə biləcəyimiz bu hüquqi sənəd Azərbaycan dövlətinin keçmiş sovet hüquqi mirasından birmənalı şəkildə imtinası deməkdir. Sovet ideoloji sistemi totalitar dəyərlər əsasında qoyulmuşdur və fərdi nəhəng sosial mexanizmin bir parçası kimi görürdü. Ulu Öndərin əsasını qoyduğu yeni Konstitusiya isə Azərbaycanın dünyada hakim olan liberal insan hüquqlarına söykənən dəyərlər sisteminə ölkəmizin yerli xüsusiyyətlər əlavə olunmaqla tətbiqinə söykənirdi. Bu baxımdan sadəcə bir faktı diqqətə yetirmək kifayət edər ki, Azərbaycan Konstitusiyasının 158 maddənin ikinci bölümü tamamilə insan hüquqlarına əsaslanır. Bəli, müstəqil dövlət Konstitusiyasının üçdə biri məhz insan hüquqlarına, vətəndaş azadlığına həsr olunur. Bu sahədə də Azərbaycan demək olar ki, postsovet məkanında bir nümunədir. Çünki, bu qədər geniş hüquq və azadlıqları ana sənəddə, ölkənin baş sənədində ifadə eləmək, bir-bir detallarını sadalamaq unikal hadisədir. Azərbaycan vətəndaşının hüquq və azadlıqları sadəcə Konstitusiya ilə təsbit olunmayıb, eyni zamanda Konstitusiya qanunları və onlara söykənən qanunlar çərçivəsində də möhkəmləndirilib. Cənab Prezidentin bu sahədə gördüyü işlər və tutduğu yol hər bir Azərbaycan vətəndaşının rifahına onun daha xoşbəxt, daha firavan yaşamasına hədəflənmişdir. Natiq vurğuladı ki, hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan cəmiyyətinin həmrəyliyini daha da gücləndirməklə yanaşı eyni zamanda təməl insan hüququnun bərpası ilə nəticələnmişdir. Bu da Azərbaycan xalqının, Azərbaycan vətəndaşının yaşamaq hüququdur. 44 günlük müharibə məhz bu yaşamaq hüququnu birbaşa qaytardı. Bu olduqca dəyərli və hər bir vətəndaş üçün vazkeçilməz təməl hüquqdur. Mən güman edirəm ki, gələcəkdə Qarabağın məskunlaşması ilə vətəndaş hüquqlarının digər sahələri də özünü büruzə verəcəkdir. Bunlar mənzil hüququdur, iş hüququdur. Yəni gördüyümüz kimi 90-cı illərdə əsas qanuna yazılanlar 21-ci əsrdə Möhtərəm Prezidentimiz tərəfindən ardıcıl və davamlı olaraq uğurla həyata keçirilir.
Habelə, Azərbaycan vətəndaşının sosial rifahının yüksək olması üçün ayrıca addımlar atılır. Gördüyümüz kimi Azərbaycanda bu gün artıq büdcə gəlirləri təxminən 20 milyard ABŞ dolları civarındadır, minumum əmək haqqı ildən-ilə artır. Azərbaycanın beynəlxalq nüfuzu artdıqca Azərbaycan vətəndaşının rifahı da artacaqdır. Qüdrətli dövlət o dövlətdir ki, əldə etdiyi uğurları vətəndaşına hiss elətdirə bilir. Məmnunluq hissi ilə deyə bilərik ki, müharibədəki qələbəmizin müsbət nəticələrini ölkəmiz öz üzərində hiss edir, iqtisadi rifahı da öz üzərində hiss edir və gələcəkdə də hiss edəcəkdir. Ulu Öndərimizin əsasını qoyduğu yol və Möhtərəm Prezidentimizin Azərbaycanı apardığı yol məhz bu yoldur.
"Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev çıxış edərək vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir. Dayanıqlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilməsi isə islahatların davamlı olacağına dəlalət edir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. B.Quliyev müstəqil Azərbaycan Respublikasının dövründə böyüyüb boya başa çatmış vətənpərvərlik ruhunda tərbiyə almış gənclərin torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olduğunu vurğulamışdır. Natiq, İlham Əliyevin dövlətçilik siyasətinin iki mühüm amilinə - milli dövlətçilik, müstəqillik uğrunda mübarizə tarixinə və dövlətçiliyimizin inkişafında misilsiz rol oynamış Heydər Əliyev məktəbinə əsaslandığını qeyd etmişdir. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə Prezident seçdi. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam, güclü etibar və sevgi qazandırdı.
Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, ölkə başçısı prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli birlik və vətəndaş həmrəyliyi, cənab Prezidentin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Azərbaycanda demokratiyanın tam formalaşması prosesində mediaya göstərdiyi şəxsi qayğısı, iqtisadiyyatın dinamik inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəldilməsinə istiqamətlənmiş fəaliyyəti, bu gün dünyanın təqdir etdiyi və bəzən hətta heyran qaldığı transmilli layihələrin reallaşma sürəti, ölkə əhalisinin sosial-mədəni həyatının yüksək göstəricilərlə təmin edilməsi, ordu quruculuğundakı misilsiz uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, şəhid ailələrinə, müharibə veteranlarına dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli və genişmiqyaslı işlərin görülməsi, Böyük Qayıdışın başlanması və digər bu kimi mühüm sahələr Cənab Prezidentin 19 illik fəaliyyət dövrünün ən böyük uğurları kimi yaddaşlarda dərin izlər saldığını qeyd edən V.İmanov dövlətçiliyimizin inkişafı və qüdrətlənməsi naminə hər kəsə uğurlar arzuladı.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

