Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir
22.02.2011 [10:25]
Xəbər verdiyimiz kimi, fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyəti Rumıniyada səfərdə olub. Səfər proqramına Buxarestdəki Tey parkının Heydər Əliyev xiyabanında ümummilli liderin abidəsinin qarşısına əklil qoyulması ilə başlayan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri, PDL-in sədri Emil Bokla görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, hakim partiyaların qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanıb. Söhbət zamanı strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfərlərinin nəticəsində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün etibarlı zəmin yarandığı diqqətə çatdırılıb.
Emil Bok bildirib ki, onun ölkəsi Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın tərəfdarı olmaqla yanaşı, rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə edib və edəcək.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib, PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib. Baş nazir dəvəti qəbul edərək yaxın gələcəkdə PDL nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirib.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Buxarest şəhəri 2-ci sektorunun meri Nekulay Ontsanu və Rumıniya ziyalılarının nümayəndələri ilə də görüşüb. Rumıniya Akademiyasının vitse-prezidenti Marius Sala, Rumıniyanın Tərəqqisi Naminə Partiyasının fəxri sədri, keçmiş ədliyyə və xarici işlər naziri Kristian Diakonesku, Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya və başqalarının iştirak etdikləri görüşdə Buxarest şəhəri 2-ci sektoru və Bakı şəhəri Səbail rayonu arasında yüksək dinamikaya malik ikitərəfli münasibətlərdən danışılıb, ümummilli lider Heydər Əliyevin abidəsinin, məhz, bu sektorun ərazisində yerləşməsi faktı xüsusilə qeyd edilib. Həmçinin, bildirilib ki, xalqlarımız arasında əlaqələrin durmadan inkişaf etməsi bütövlükdə sülh, sabitlik, iqtisadi rifaha xidmət edir. Mer N.Ontsanu Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin də bu sektorun ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq, həmin təşkilatın həyata keçirdiyi geniş humanitar və xeyriyyə işlərindən bəhs edib, Azərbaycana səfəri zamanı müşahidə etdiyi böyük quruculuq işlərinin və inkişafın onda dərin təəssürat yaratdığını vurğulayıb.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Ə.Əhmədov ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirib, görüşdə iştirak edən və Azərbaycana rəğbəti ilə seçilən rumın ziyalılarını ölkəmizə səfərə dəvət edib.
Sonra YAP nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Buxarestdə yerləşən abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Türkiyənin Rumıniyadakı səfirliyinin hərbi attaşesi, polkovnik M.Tural da mərasimdə iştirak edib.
Polkovnik M.Tural qeyd edib ki, Buxarestdəki abidə Türkiyə liderinin xaricdə qoyulan ilk abidəsidir və Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətlərinin Atatürkün, Türkiyə heyətlərinin isə ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət etməsi ənənə halını alıb.
Səfər çərçivəsində, həmçinin, YAP nümayəndə heyətinin Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) qərargahında görüşü olub. YAP sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini millət vəkili Mübariz Qurbanlı, millət vəkili Asəf Hacıyevin iştirak etdikləri görüşdə vurğulanıb ki, YAP ilə PDL arasında əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni təkan verəcək.
Ə.Əhmədov və PDL sədrinin birinci müavini Adriean Videanu YAP ilə Rumıniyanın hakim partiyası arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Sənədə əsasən tərəflər öz ölkələrindəki siyasi vəziyyətə, ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsləhətləşmələr aparmalı, beynəlxalq münasibətlər, partiyaların inkişafı, eləcə də, digər sahələrdə təcrübə mübadiləsini həyata keçirməli, müxtəlif səviyyələrdə partiya nümayəndələrinin səfərlərini reallaşdırmalı, partiyaların gənclər təşkilatları arasında əməkdaşlığı qurmalıdırlar. Ə.Əhmədov imzalanmış sənədin əhəmiyyətindən danışıb, PDL nümayəndə heyətini Azərbaycana dəvət edib. Qarşı tərəf dəvəti qəbul edib.
Görüşdə, eyni zamanda, YAP Gənclər Birliyi ilə PDL gənclər təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi də vurğulanıb.
Qeyd edək ki, Rumıniyanın hakim partiyası Yeni Azərbaycan Partiyasının gənclərini səfərə dəvət edib. Bu səbəbdən də, yaxın zamanlarda YAP Gənclər Birliyinin nümayəndələri Rumıniyada səfərdə olacaqlar.
Səfər çərçivəsində YAP nümayəndə heyəti, həmçinin, Parlament Sarayında Rumıniya parlamentinin Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşüb. PDL ilə YAP arasında imzalanmış sənədin əhəmiyyətini qeyd edən R.Anastase hazırda Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən, parlamentlərarası münasibətlərdə yüksək inkişafdan danışıb.
Ə.Əhmədov Rumıniya ilə Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birbaşa təmasların gücləndirilməsinin zəruriliyini vurğulayıb, Rumıniya dövlətinə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini daim dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Sonra nümayəndə heyəti Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla görüş keçirib.
Görüşdə Ə.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurları haqqında məlumat verib, bütün bunların dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin xaricdə təmsil olunmasında diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrdən danışıb. Bu ilin yayında keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının əhəmiyyətinə toxunan Ə.Əhmədov görülən bütün işlərin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun məntiqi nəticəsi adlandırıb, gənclərə tövsiyələrini verib.
Fondun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev təmsil etdiyi təşkilatın həyata keçirdiyi geniş xeyriyyə layihələrindən bəhs edib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın tövsiyəsinə əsasən təkcə Rumıniyada deyil, bütün Balkan regionunda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində geniş fəaliyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, təkcə Rumıniyada bu istiqamətdə 50-dən çox kitab nəşr olunub.
YAP nümayəndə heyətinin üzvləri Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları ilə də görüşüblər. Görüşdə səfirliyin fəaliyyəti haqqında ətraflı məlumat verilib, Azərbaycanın xarici siyasət kursunun düzgün istiqamətdə həyata keçirildiyi qeyd olunub. Azərbaycan-Rumıniya münasibətlərinin ikitərəfli əlaqələrin ən yüksək həddi olan strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb. Görüşlərdə, həmçinin, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov da iştirak edib.
Bununla da, YAP nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatıb.
Məlumat üçün qeyd edək ki, Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya siyasi partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.
YAP-ın, eyni zamanda, Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Xəbər lenti
Hamısına baxAnalitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35

