Bütün keçmiş məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlar
27.10.2022 [13:13]
2022-ci il oktyabr ayının 20-də Azərbayacn və Türkiyə Prezidentləri növbəti dəfə görüşərək bir daha tarix üstünə tarix yazdılar. Məlum olduğu kimi, 20 oktyabr tarixi Vətən müharibəsinin gedişində ən önəmli günlərdən biridir. 2020-ci ilin məhz həmin günü şanlı Ordumuz Zəngilanı işğaldan azad edib. Bu tarixi gündən düz iki il sonra isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu əlbəttə ki, istər iqtisadi, istərsə də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Lakin həmin gün həm bölgənin inkişafının sürətləndirilməsi istiqamətində atılan addımlar, həm də Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığının növbəti nümayişi kimi qiymətləndirilə biləcək daha bir neçə əhəmiyyətli tədbir keçirildi. Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular. Bundan başqa Türkiyə və Azərbaycan Prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı barədə növbəti mesajlarını dünyaya bu dəfə Zəngilan və Cəbrayıldan məhz bu formatda göndərdi.
Dövlət başçıları Cəbrayıl şəhərində təkbətək keçirdikləri görüşdən sonra mətbuata bəyanatla çıxış etdilər. Öz çıxışında Azərbaycan Prezidenti cənb İlham Əliyev bir daha erməni vəhşiliklərini ifşa edərək bildirdi ki, işğal dövründə ermənilərin nəzarətində olan ərazilərdə yerləşən bütün şəhər və kəndlərimiz kimi, Cəbrayıl şəhəri də tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Həm də bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Ancaq Azərbaycan həmin ərazilərə qan tökərək, savaşaraq, döyüşərək qayıtdı və bu gün artıq həyat həmin bölgələrə qayıdıb. Ağalı kəndi Böyük Qayıdışın ən möhtəşəm təzahürlərindən biri kimi hər kəsi heyrətə gətirməkdədir. Artıq bu kəndin məktəbində uşaqlar təhsil alırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, orada oxuyan uşaqların heç biri Zəngilanı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq olublar. Lakin onlar qayıdıblar. Azmüddət sonra isə bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Dövlətimiz onların qayıdışı üçün əlimizdən gələni edir, gecə-gündüz çalışır və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız da bizimlə bir yerdədirlər.
Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59

