Zəfər Günü - xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsi
05.11.2022 [15:52]
8 noyabr 2020-ci il. Bu gündə Azərbaycan tarixi zəfərinə imza atdı, xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi birdəfəlik darmadağın edildi. Xalq-Prezident-Ordu birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində qazanılan bu Böyük Qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı.
“Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”. Hər zaman olduğu kimi bu dəfə də vədinə əməl edən, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin bu sözləri tam təsdiqini tapdı. Zəfər günü ilə Azərbaycan xalqı sübuta yetirdi ki, bir qarış torpağını belə heç kəsə verən deyil.
Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, ölkə Başçımızın qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin hünəri sayəsində şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı.
Bu qələbəni, zəfəri bizlərə yaşadan, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Ali Baş Komandana, ölkə Prezidentimizə xalqın inamı, sevgini birə beş artdı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqını ölkə rəhbərinin ətrafında ali amal uğrunda "Dəmir yumruq" kimi birləşdirdi, xalqın elə-obaya, Vətənə sonsuz sevgi və məhəbbətini nümayiş etdirdi. Tarixi qələbə, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsi Azərbaycanın qüdrətini bütün dünyaya tanıtdı.
YAP Gəncə şəhər təşkilatının sədri vurğulayıb ki, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündə Şuşa xəyallarımız gerçəkləşdi, dünyanın müharibələr tarixinə Azərbaycan igidlərinin misilsiz qəhrəmanlıqları yazıldı. Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salanda qürur, yüksək fəxarət hissi yaşayırıq.
Bu əlamətdar gündə Qarabağ münaqişəsinə birdəfəlik nida qoyuldu. Xalqımız bu günü hədsiz fərəh və qürur hissləri ilə qeyd edir. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi, "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkildi.
44 gündə qazanılan şanlı zəfər, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Ölkə Prezidentinin düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım böyük Zəfərə yaxınlaşdırırdı. Bu qələbə təkcə 30 il torpaqlarımızı işğal altında saxlayan faşist təfəkkürlü Ermənistan dövləti üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfər idi.
8 Noyabr - Zəfər Günü qalib, qüdrətli Azərbaycan xalqının qürur mənbəyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

