Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub
11.11.2022 [11:16]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü.44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular. Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi.
10 noyabr tarixli Bəyanatın imzalanmasından artıq iki il ötür və bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Ən əsası həmin Bəyanat uzun illər davam edən işğala son qoydu. Eyni zamanda Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bu tarixi hadisə Müzəffər Ali Baş Komandanın düşünülmüş və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.
Üçtərəfli bəyanat əsasında Azərbaycan artıq sərhədlərin delimitasiyası, gələcəkdə demarkasiyası, bütün kommunikasiyaların açılması məsələsini qaldırıb. O cümlədən Ermənistan ərazisindən keçərək Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan arasında müstəqil əlaqələrin yaradılması da gündəlikdədir
“Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi və “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli və təxribatlara son qoymalıdır.
Bu gün diktə edən tərəf qalib Azərbaycandır və hazırda dünya gücləri yeni reallıqları qəbul edib.
Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15

