Türk Dövlətləri Təşkilatı regionun əsas güc mərkəzinə çevriləcək
17.11.2022 [11:34]
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirakı bir çox məqamdan böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər qədim tarixi köklərə söykənməkdədir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. XX ci əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün isə 40 mindən çox soydaşımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edirlər. Bu səfərin Azərbaycan - Özbəkistan ikitərəfli münasibətlərinin yüksək intensivliyinin bir göstəricisi kimi çıxış etdiyi diqqəti cəlb edir. Məlum olduğu kimi, dövlət başçımız son 7 ayda üçüncü dəfə Özbəkistana səfər edib. Cənab Prezident İlham Əliyevin aprel ayında bu ölkəyə etdiyi dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirakı və daha sonra isə noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı zamanı aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da dərinləşməkdədir.
Cənab prezident İlham Əliyev öz çıxışında həmçinin Ermənistanın hərbi təxribatlarından danışarkən bildirmişdir ki: “İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.”
Həmçinin cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir və Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum olduğunu bildirən prezident Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almasının daim təşkilatın gündəliyində olmalı olduğunu bildirməsi çox mühüm mesaj idi və bu mesajın Türk dövlətlərinin liderlərinin iştirak etdiyi toplantıda səsləndirilməsi onun təsirini ikiqat artırır.
Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən Zirvə görüşü Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından vacib addımların atılmasını zəruri edir. Zirvə görüşündə üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsinin aparılması onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq bir qurum kimi özünü təsdiq edib və beynəlxalq platformalarda da öz layiqli yerini tutub.
Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43

