İranın anti-humanist mahiyyəti
18.11.2022 [10:52]
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Özünü dünyaya islam respublikası kimi tanıdan İran cəmiyyətində və dövləti idarəetmə sistemində əslində islamın mahiyyətinə zidd olan sonsuz sayda qüsurlar mövcuddur. İslamda insanların hüquq və azadlıqlarına verilən dəyərlərə, islam əxlaqında qonşu ilə, xüsusən dini bir qonşu ilə münasibətlərə olduqca böyük önəm verilsə də, dərin humanizm özünü göstərsə də indiki İran hakimiyyətinin qurduğu cəmiyyətdə bu halların tam əksini müşahidə edirik.
Tarixə nəzər salsaq, görərik ki, İranda seçkilər vasitəsilə kimin hakimiyyətə gəlməsində asılı olmayaraq yürüdülən siyasətin mahiyyəti dəyişməz olaraq qalmaqdadır. Yenə də qanla, müharibə ilə, terrorla təhdidlər, insanların hüquqlarına qarşı çıxmalar, ölkə ərazisində yaşayan müxtəlif xalqların dil və mədəniyyətinə basqılar və s. anti-humanist aktlar bu gün də İran dövlətinin siyasətində özünü göstərir
On il bundan əvvəl, 2012-ci ildə İran İslam Respublikasının bir sıra dairələri, hətta dövlət rəsmiləri ölkəmizə qarşı müxtəlif təhdid və təxribat xarakterli bəyanatlar səsləndirmişdir. O zaman da İran tərəfindən səslənən bu bəyanatlara ölkə ictimaiyyəti tərəfindən etiraz olunub və hətta bununla bağlı müəyyən aksiyalar da reallaşıb. Maraqlıdır ki, İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri, o zaman Azərbaycanda reallaşan “Eurovision” yarışmasını hədəfə alan açıqlamalar da təhdid xarakteri daşımışdır. Amma Azərbaycan xalqı tərəfindən sərt şəkildə qınanmışdır.
Bu gün baş verən hadisələrə də Azərbaycan cəmiyyətinin münasibəti birmənalıdır. İran Azərbaycanı hansısa dillə təhdid etməkdən daha çox, öz daxilində olan problemlərlə məşğul olmalıdır. İranda kütləvi aksiyaların davam etdiyi bir şəraitdə oktyabrın 17- də İran İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni Sepahın quru qoşunları Azərbaycan Respublikası ilə həmsərhəd Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində üç günlük hərbi təlimlərə başlaması isə Azərbaycana qarşı hərbi güc nümayişindən başqa bir şey deyildir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti və qəhrəman Azərbaycan xalqının milli birliyi ilə Vətən müharibəsində qazanılan Zəfər və bu qələbənin ölkəmizə gətirdiyi böyük imkanları İran dövləti həzm edə bilmir. Məsələyə münasibətindən də görünür ki, İran tarixi torpaqlarımız olan Qarabağın Azərbaycanın tərkibində olmasında heç zaman maraqlı olmayıb. Əksinə o bizim torpaqlarımızın sonsuzadək işğalda qalmasına tərəfdar olub. Bu isə İran hakimiyyətinin cinayətkar və riyakar mahiyyətindən xəbər verir.
Azərbaycan dövləti də, Azərbaycan xalqı da İranın ölkəmizə olan münasibətini görür və bunu lazımınca dəyərləndirir. İnanırıq ki, İran məkrli niyyətindən əl çəkəcək. Çünki bütün dünyanın tərəqqipərvər insanları və sülhsevər dövlətləri İran riyakarlığına qarşıdır və buna sərt şəkildə öz təpkisini göstərməkdədir.
Xəbər lenti
Hamısına baxGündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16

