Azərbaycan və Albaniyanın yüksək səviyyədə olan əlaqələri yeni mərhələyə qədəm qoyur
22.11.2022 [14:48]
Son illər müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlar, Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizi Cənubi Qafqaz regionunun ən etibarlı tərəfdaşına çevrib. Bu gün dünyanın siyasi arenasında hörməti günü gündən artan Azərbaycanın bir çox dövlətlərlə, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri də ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığına xidmət edib. Dövlət Başçımızın Albaniya səfəri həm də iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı. Səfər çərçifəsində , Prezident cənab İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə töhfə oldu.
Azərbaycan ilə Albaniyanın "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlığı iki ölkənin iqtisadi əlaqələrin əsas istiqamətidir.
2020-ci ilin 31 dekabr tarixindən qazının nəqlinə başlanılan TAP boru kəmərinin tikinti işlərində Albaniya podratçı şirkətləri yaxından iştirak ediblər. TAP layihəsi ümumilikdə Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırdıb. Layihə ömrü ərzində (tikinti və 25 il istismar mərhələsi dövründə) ölkəyə gözlənilən vergi ödənişlərinin həcmi 285 milyon avro dəyərindədir.
Ramil Orucov onu da qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon dollar, o cümlədən idxalın həcmi 1,14 milyon, ixracın həcmi 0,31 milyon dollar təşkil edib.
Hazırda "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi olan TAP və TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Bu da onu göstərir ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Ölkə Prezidentimiz cənab İlham Əliyev Albaniyada çıxışı zamanı Azərbaycanın həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına da töhfə verə biləcəyini qeyd edərək bildirib ki, bu ölkədə indiyədək qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və buna hazırdır. Azərbaycan da öz növbəsində 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək təbii qaz eyni zamanda Albaniya ərazisindən keçəcək.
Ölkə Prezidentimiz İlham Əliyevin Albaniyaya ilk səfəri iki ölkə arasında əməkdaşlıqda yeni səhifələr açdı, əlaqələrin yüksək səviyyədə inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı – deyə YAP Gəncə şəhər təşkilatının sədri bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

