Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir
25.11.2022 [11:05]
“2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz böyük qələbəyə imza ataraq, 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarımızı azad etdi. Tariximizin parlaq və qürurlu tarixinə çevrilən, 30 illik Vətən həsrətimizə son qoyan, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyi bu savaşda işğalçı qüvvələr məhv edilərək, diziüstə çökdürüldü. Qarabağ münaqişəsinin həlli Azərbaycanın öz gücü və qüdrəti hesabına, ordumuzun qətiyyəti və şücaəti, dövlətimizin, xalqımızın birliyi, həmrəyliyi ilə mümkün oldu”. Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Kəlbəcər rayonunun azad edilməsinin ildönümü ilə bağlı verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə 30 il ərzində apardığımız bütün danışıqlar nəticə vermədi, bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmadı, heç bir icra mexanizmi tətbiq edilmədi. Ermənistana havadarlıq edən ölkələrin məkrli niyyətləri, münaqişənin həllinə mane olmaq cəhdləri nəticəsində isə münaqişə uzun illər danışıqlar mövzusu oldu, heç bir irəliləyiş əldə edilmədi. Münaqişənin həlli üçün missiyalandırılmış ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti də tarixi faktdır.
Partiyanın Binəqədi rayon təşkilatının sədri onu da qeyd etdi ki, Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində bütün səylərini səfərbər etməsinə baxmayaraq, Ermənistan və onun havadarları qeyri-konstruktiv mövqeyindən əl çəkmədilər, münaqişənin həllində heç bir əməli addım atmadılar. Nəticədə münaqişənin həlli süni şəkildə uzadıldı, bu illər ərzində Azərbaycanın tarixi və əzəli torpağı olan Qarabağda təbii sərvətlərimizin qeyri-qanuni istismarı, digər ərazilərdən etnik erməni olan əhalinin qanunsuz olaraq oraya köçürülməsi, terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsi kimi cinayətlər həyata keçirildi. Azərbaycan haqq səsini hər zaman ucaldır, işğal altındakı ərazilərimizdə baş verənlərlə bağlı beynəlxalq təşkilatları və dünya dövlətlərini faktlarla məlumatlandırırdı. Lakin buna baxmayaraq, bu beynəlxalq cinayətlərin qarşısının alınması istiqamətində heç bir iş görülmürdü. Ermənistanın işğal altında saxladığı, qanunsuz olaraq zəbt etdiyi ərazilərimizdəki hərəkətləri Venesiya Konvensiyasının açıq-aydın pozulmasıdır: “Sözsüz ki, Azərbaycan öz haqları uğrunda hər zaman olduğu kimi, bu gün də mübarizə aparır və aparacaq. Bu qanunsuzluq cavabsız qalmamalı və Ermənistan bu əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməli və cəzasını almalıdır. Cəzasızlıq mühiti işğalçını daha böyük cinayətlərə sövq etməməlidir. Bununla bağlı dövlətimiz müvafiq faktları özündə əsk etdirən sənədlərlə birlikdə beynəlxalq məhkəmələrə müraciət edib. İnanırıq ki, Ermənistanın cinayətlərinin cəzası onlar üçün əsl dərs olacaq”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı haqlı qələbəsindən sonra Ermənistan ordusu məhv edildi, özünün uzun illər süni olaraq, heç bir əsası olmadan qabartdığı “güclü Ermənistan” ordusu ciddi itkilər verərək tarixi torpaqlarımızdan geri çəkildi. Bu qələbəmiz 2020-ci ilin 8 noyabr tarixində əbədi və əzəli şəhərimiz olan, Qarabağın göz bəbəyi sayılan Şuşanın azd edilməsi ilə daha da qətiləşdi. Nəhayət, Ermənistan ağır məğlubiyyətini etiraf etmək məcburiyyətində qalaraq həmin ilin noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanata əsasən dövlətimizin tələbi ilə işğal altında qalan digər ərazilərimiz – Ağdam, Kəlbəcər, Laçın müharibə olmadan, Ermənistan tərəfindən Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər boşaldıldı, tarixi torpağımız bizə geri qaytarıldı. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
İşğaldan azad edilən ərazilərimizdəki real mənzərə isə ürəkağrıdıcıdır. Çünki Ermənistan bu illər ərzində həmin torpaqlarımızda vandalizm və talançılıq həyata keçirib, daşı daş üstünə qoymayıblar. Ancaq qürurla deyə bilərik ki, güclü dövlətimiz sayəsində azad edilmiş bütün ərazilərimiz kimi, Kəlbəcər də yenidən inşa ediləcək, oradakı bütün infrastruktur layihələri uğurla icra olunacaq. Soydaşlarımız qısa zamanda öz evlərinə geri qayıdacaq, Kəlbəcərə yeni nəfəs gələcək. Bu dirçəlişimiz əbədi olacaq, biz azərbaycanlılar orada əbədi yaşayacağıq: “Azərbaycanın Vətən müharibəsindəki zəfəri haqlı zəfərdir. Öz tarixi, ata-baba yurdu uğrunda apardığı savaşdır. Şəhidlərimizin qanı və canı bahasına verdiyi mücadilədir. Buna görə qalibiyyətimiz qürurvericidir. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirik. Yaşasın Azərbaycan dövləti və Azərbaycan xalqı. Yaşasın müzəffər ordumuz”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

