Kəlbəcərin qan tökülmədən geri qaytarılması tarixi hadisədir
25.11.2022 [11:08]
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
27 ildir ki, hər birimiz o yurdun həsrəti və o yurda qovuşmaq arzusu ilə yaşayırdıq. Bu arzu ilə bağlı ümidimizi, inamımızı bir an belə itirmirdik. Biz o tarixi unutmadıq və həmin günlərdən nəticə çıxararaq yeni bir tarix-Zəfər tarixi yazdıq. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Qarabağı, bu torpaq uğrunda şəhid olanların ruhlarına isə rahatlığı gətirdi. Zəfərli günlərdə hər an daha da irəli gedən rəşadətli Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını xalq birbaşa olaraq Müzəffər Ali Baş Komandanın özündən eşidirdi. Vətən müharibəsinin ilk günlərində azad olunan ərazilər arasında Murovdağda yerləşən yüksəkliklər də var idi. O Murovdağ ki, yüksəklikdə yerləşən aşırımlı yollarını 1993-cü ildə kəlbəcərlilər qəlbdə vətən həsrəti, yurd-yuvanı tərk etmənin acısı və düşmənə qarşı nifrət ilə ayaqyalın aşmaq məcburiyyətində qalmışdı. Vətən müharibəsinin ilk günlərindən etibarən hər kəs Ali Baş Komandan tərəfindən Kəlbəcərin yağı düşməndən azad olunması ilə bağlı göz aydınlığı gözləyirdi. Və nəhayət o gün gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər bizi ən böyük rayonumuza-Kəlbəcərimizə qovuşdurdu.
2020-ci il noyabrın 25-i cənab Prezident İlham Əliyevin verdiyi müjdə Kəlbəcər həsrətimizə son qoydu, kəlbəcərlilərin qanayan yarasına məlhəm oldu. Beləliklə, Vətən müharibəsində Azərbaycan 30 illik işğala 44 gün ərzində son qoymaqla şanlı tarix yazdı. Məhz Ordumuzun bu böyük zəfəri, Prezident İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət-güclü ordu strategiyası, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək çətin relyefə, sərt iqlimə, strateji yüksəkliklərə malik olan Kəlbəcəri döyüşsüz, canlı qüvvə itkisi vermədən azad etdi.
İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Beləliklə, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcərin qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

